Dezinfeksiya işi davam etdirilib

“COVID-19”la mübarizə məqsədi ilə İsmayıllıda təxirəsalınmaz tədbirlər davam etdirilir. İsmayıllı bələdiyyəsinin, Kommunal Müəssisələr Kombinatının, Gigiyena Epidemiologiya Mərkəzinin, Təsərrüfat Hesablı Profilaktik Dezinfeksiya Şöbəsinin, İsmayıllı Rayon Polis Şöbəsinin YPX-i əməkdaşlarının iştirakı və birgə səyi ilə İsmayıllı şəhərinin intensiv hərəkət olan küçələri və piyada səkiləri xüsusi məhlulla dezinfeksiya olunub.

“İsmayıllı xəbərləri”

Şərh Yaz