Medallar sahiblərinə çatdırılıb

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə İsmayıllı rayonunda  yaşayan arxa cəbhə iştirakçıları “Yubiley” medalı ilə təltif olunublar.

Medalların təqdim olunmasında İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının, Hərbi Çağırış və Səfərbərlik Xidməti İsmayıllı Rayon Şöbəsinin əməkdaşları,  eləcə də rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul şəxsləri iştirak ediblər.

Təltif olunanlar ölkəyə əminamanlıq, ölkə rəhbərliyinə can sağlığı və uğurlar diləyiblər.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz