Ailələr Heydər Əliyev Fonduna təşəkkür ediblər

Aprel ayının 30-da Heydər Əliyev Fondu tərəfindən bölgələrə göndərilən ərzaq yardımından İsmayıllı rayonunun Zərnava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisindəki yaşayış məntəqələrində yaşayan 6 ailəyə də pay çatıb.
Sağlamlığı məhdud, 18 yaşadək uşaqları olan ailələrə, xəstə və tək yaşayan sakinlərə sovqat verilib. Yardım alan ailələr Heydər Əliyev Fonduna öz təşəkkürlərini bildirdilər.

Şərh Yaz