VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ

İkitərəfli SMS xidməti haqqında

 

Hörmətli vergi ödəyicisi!

Vergilər Nazirliyi vergi ödəyicilərinin məlumatsızlıqdan maliyyə itkiləri ilə üzləşməməsi və vergi qanunvericiliyinə könüllü əməletmənin yüksəldilməsi məqsədilə “İkitərəfli SMS xidmətini təkmilləşdirir və bu barədə təbliğat işlərini genişləndirir.

Məlum olduğu kimi, vergi ödəyicilərindən daxil olmuş standart SMS-lərin avtomatik olaraq SMS vasitəsilə cavablandırılması xidməti Vergilər Nazirliyi tərəfindən 2012-ci ildən istifadəyə verilib. Bu xidmət ötən ilin noyabr ayında müvafiq texniki tapşırıq əsasında yenilənib. Yenilənmədən əvvəl mobil nömrəni “İkitərəfli SMS xidməti” üzrə qeydiyyatdan keçirmək və abunə olmaq yalnız mobil telefon vasitəsilə müvafiq sorğu göndərməklə həyata keçirilirdi. 12.03.2019-cu il tarixdən etibarən isə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq” bölməsində yeni yaradılmış “İkitərəfli SMS xidməti” altbölməsindən istifadə etməklə də qeydiyyatdan keçmək və abunə olmaq mümkündür.

Hazırda “İkitərəfli SMS xidməti”ndən qeydiyyatdan keçmiş vergi ödəyiciləri 8195 nömrəsinə

  • 1 yazıb göndərməklə dövlət büdcəsinə olan vergi borcu barədə;
  • 2 yazıb göndərməklə təqdim edilməli bəyannamələr barədə;
  • 3 yazıb göndərməklə fəaliyyətin aktiv və ya dayandırılmış olması barədə;
  • 4 yazıb göndərməklə e-qutuda oxunmamış məktubların olub-olmaması barədə;
  • 5 yazıb göndərməklə qeydiyyatda olan təsərrüfat subyektləri barədə məlumat ala bilərlə

“İkitərəfli SMS xidməti” üzrə qeydiyyatdan keçmiş vergi ödəyiciləri xidmətə abunə olduqda isə onlar avtomatik qaydada vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21 halda SMS vasitəsilə məlumatlandırılırlar. Bunlar:

  • Büdcəyə ödəniş etdikdə;
  • Yeni borc yarandıqda;
  • Təqdim edilmiş bəyannamə üzrə vergi hesablandıqda;
  • Bəyannamə üzrə uyğunsuzluq yarandıqda;
  • Təqdim edilməli bəyannamələr olduqda;
  • Fəaliyyəti dayandıqda;
  • Fəaliyyəti aktivləşdikdə;
  • Cari vergi ödəmələri barədə arayış təqdim etdikdə;
  • Cari vergi ödəmələri hesablandıqda;
  • Ləğv bəyannamələri göndərildikdə;
  • Növbəti səyyar vergi yoxlaması təyin edildikdə;
  • Əlavə vergi məbləği hesablandıqda;
  • İnternet Vergi İdarəsində olan elektron kabinetə sənəd daxil olduqda;
  • Maliyyə sanksiyası tətbiq edildikdə;
  • Təsərrüfat subyekti qeydiyyata alındıqda;
  • Təsərrüfat subyekti qeydiyyatdan çıxarıldıqda;
  • Təqdim edilən bəyannamədə göstərilən fəaliyyət növü ilə bazada olan fəaliyyət növləri arasında uyğunsuzluq olduqda;
  • ƏDV qeydiyyatına alındıqda;
  • NKA qeydiyyata alındıqda;
  • NKA qeydiyyatdan çıxarıldıqda;
  • Şəhadətnamə-dublikatın alınması barədə ərizə göndərildikdə.

Maliyyə itkiləri ilə üzləşməməsi və vergi qanunvericiliyinə könüllü əməletmənin yüksəldilməsi məqsədi ilə “İkitərəfli SMS xidməti” sizə tövsiyə olunur.

10 saylı Ərazi Vergilər İdarəsi

 

Şərh Yaz