Güclü qalib gəldi

Futbol üzrə rayon birinciliyi uğrunda yarışlara ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində – may ayının 6-da start verilmişdi. Maraqlı keçən qarşılaşmalarda komandalar gücünü sınamış, zəiflərin finalda yeri olmadığını bir daha təsdiqləmişdilər.

Bir müddət əvvəl  3-cü yer uğrunda qarşılaşmada “Xanagah” komandası ilə “Aşağıbaş” üzləşmişdi. Oyun zamanı qol vurmaq bacarığını göstərə bilməyən rəqiblər əlavə vaxtda da tamaşaçıları ayağa qaldıra bilməmişdilər. Qapıya təyin olunmuş 11 metrlik cərimə zərbələrini mükəmməl yerinə yetirən xanagahlılar finalın 3-cüsü olmuşdu.

Qurtuluş gününün qeyd olunmasına 4 gün qalmış – iyun ayının 11-də İsmayıllı Olimpiya-İdman Kompleksinin futbol meydançasında birinciliyin final oyununda üzləşən  İsmayıllı şəhərinin “Babadağ”, Hacıhətəmli kəndinin eyni adı daşıyan komandası da azarkeşlərini 90 dəqiqə ərzində qapılara vurulan qola həsrət qoydu. Əlavə vaxtda oyunu 1-0 udmaq əzmində olan “Babadağ” futbolçuları son 30-cu dəqiqədə hesabın bərabərləşməsi ilə razılaşmalı olublar.

11 metrlik zərbələrdən birini qaytarmağa müvəffəq olan hacıhətəmlilər birinciliyi əldə ediblər.

Qarşılaşmanın gedişini izləyən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, rəis müavini Cavanşir Hüseynov Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və  İsmayıllı Olimpiya-İdman Kompleksinin rəisi Tofiq Hümbətov komandalara medalların və Fəxri fərmanların, eləcə də kubokun təqdim edilməsi mərasimində iştirak edilbər.

Ş.Soltanov

Şərh Yaz