Cahana sığmayan şair

48 illik ömrün bitməyən məşəqqətlərini qələmə almaq, Nəsimi dünyasına baş vurmaq, Nəsimi şəxsində özümüzün özümüzə qənim kəsilməyimizdən və bu naqisliyin əsrlərdir davam etməsini göstərmək heç də asan deyildir.

Şəxsiyyətinin şöhrəti Balkan ölkələrindən, Hindistan və Ərəb torpaqlarına qədər yayılan söz ustalarını özlərinə bir nümunə saydığı Seyid İmadəddin Nəsiminin adı çəkiləndə ilk olaraq gözümüz önünə əsl şair, sufi və mütəfəkkir insan gəlir. İmadəddin Nəsimi filosof-şair olmaqla bərabər, həm də dünyada dönməz əqidə sahibi kimi də tanınıb.

Zahidin bir barmağın kəssən, döb həqdən qaçar,

r, bu miskin aşiqi sərpa soyarlar, ağmaz.

Nəsimi özü dönməzliyinə belə qiymət verib. O, dünya ədəbiyyatında sarsılmaz iradəsi, böyüklüyü, şəxsiyyətin bütövlüyünün və əzəmətinin nümunəsi göstərmiş nadir sənətkarlardan biridir. Nəsimi insan gözəlliyini, insana məhəbbəti tərənnüm edən böyük şairdir. Lirikasının əsas obyekti də elə məhəbbətdir. Şairin şeirlərinin sufi və hürufi qabığını atdıqda səmimi və saf insan duyğularının tərənnümünü görürük. Nəsimi böyük ədəbi məktəb yaratmış sənətkardır. Şair qələmə aldığı şeirlərində zülmü, şəri pisləyir, insanları xeyir işlər görməyə səsləyir. Nəsimiyə görə xeyri olmayan, şər işlər görən əl kəsilməlidir. İnsan kamil və yetkin olmalıdır. Bugünümüzdən XIV əsrin Nəsimisini “görmək”, onun xarici görünüşünü  və daxili aləmini, həm dövrünə uyğunluqlarını, həm də özünəməxsusluqlarını təsirli bir şəkildə canlandırmaq, hər kəsdən istedadlı olduqları qədər də dərin bilgi məlumatlılıq tələb edir. Çünki, Nəsimi qüdrətli sənət nəhənglərinin bədii dühasından yaranmış, Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısıdır.

Bu gün Nəsiminin qardaşı Şah Xəndanın məzarının və türbəsinin Şamaxı qəbiristanlığında yaxşı vəziyyətdə qalması və xalq tərəfindən ziyarət yeri kimi qəbul olunması İmadəddin Nəsimini mənsub olduğu şəcərəyə Azərbaycan xalqının, yerli əhalinin bəslədiyi yüksək ehtiramı nümayiş etdirir. “Nəsimi ili”ndə Nəsiminin qəbri də Suriyanın Hələb şəhərindən Şamaxıya gətirilə bilər…

Nəsimi məsnəvi, qəzəl, qəsidə, tuyuq, müstəzad, tərcibənd, müxəmməs kimi şeir janrlarından məharətlə istifadə etsə də, yaradıcılığında qəzəl janrı üstünlük təşkil edir. Qəzəllərinin  mövzusu real gözəllərin təsvir və tərənnümü, kamil olmağın, özünü tanımağın, heyvani hisslərdən, ehtiraslardan uzaq olmağın tərənnümüdür.

Orta ümumtəhsil məktəblərində tədris olunan “Yanaram” qəzəlində məhəbbət duyğuları tərənnüm olunur. Sevən bir gəncin keçirdiyi şirin əzab hissləri səmimi və axıcı bir dillə tərənnüm olunmuşdur.

Nəsiminin mənəvi-əxlaqi məzmun daşıyan, yəni insanı kamilliyə səsləyən, pisliklərdən çəkindirən qəzəlləri arasında Həllac Hüseyn ibn Mənsurun “Məlhəq” (mənəm haqq, mənəm Allah) məzmunu ifadə edən əsərləri  mühüm yer tutur. Şairin bu cür şeirləri kiçik qəsidə təsiri bağışlayır və çox güman ki, dərvişlərin oxuması üçün nəzərdə tutulmuşdur. “Mən mülki-cahan” qəzəli də bu cür şeirlərdəndir.

n mülki-cahan, cahan məm, mən,

n haqqa məkan, məkan məm, mən.

Burada insan olmasa, dünyanın heç bir mənası olmaz fikri ortaya çıxır.

İnsanü bəşərsən, ey Nəsimi,

qdir ki, həman, həman məm, mən!

Nəsimiyə görə bütün kainatda Tanrının nişanı məhz insandır.

n kövnükanünfəkanam,

Bilgil ki, nişan, nişan məm, mən.

Nəsiminin fikrincə, Tanrı öz mənasını insanın surətində bəyan etmişdir.

n surəti-mənidəm, həq,

n həqqi-əyan, əyan məm, mən.

Nəsimi insanın Tanrı dərəcəsinə qalxa biləcəyi fikrinə gəlmişdir. Bu cür qəzəllərində şair üzünü cahil insanlara tutaraq onları haqqı görməyə, haqq olmağa, insanın böyüklüyünə və İlahi mərtəbəsinə inanmağa çağırır.

Nəsimi dünyanı “murdar leş” adlandırır, ucalara yüksəlmək üçün bu murdarlıqdan uzaq olmaq, mənən yüksəlmək ideyasını ortaya atır. Düzlüyə, həqiqətə söykənməyi tövsiyə edir.

Yoxdur vəfasınyanın, aldanma anın alına,

ngindən oldu münfəil, həm kim boyandı alına.

Nəğdi dəğədir dünyanın, anınla bezar eylə,

Niçün ki, hər kim, qəlbilə eylərsə bazar, alına.

Nəsimi həm də Quran təfsirçisi, nasir, tərcüməçi, poetika və musiqi elminin bilicisi, şahmatın fəlsəfəsinə bələd olan nadir şəxslərdəndir. Bütövlükdə Nəsimi poeziyası özünün nikbinliyi, gələcəyə inamı, insanın öz gözəllik və əzəmətini dərk edərək, kamil bir varlığa çevriləcəyinə böyük etiqadı ilə səciyyələnir…

Hacımməd Məmmədov

Şərh Yaz