Doqquz ayın yekunlarına həsr olunmuş hesabat

Oktyabrın 19-da İsmayıllıda “2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıcağı keçirilib.
Yığıncağı RİH-nin başçısı Mirdaməd Sadıqov açıb. RİH-nin başçısı 2018-ci ilin 9 ayında görülmüş işlər, əldə olunmuş nailiyyətlər, iqtisadiyyat, kənd təsərrüfatı və sənaye sahəsində qazanılan uğurlar barədə məruzə edərək yığıncaq iştirakçılarına geniş məlumat verib. Cənab Prezidentin 25-26 avqustda rayona etdiyi tarixi səfərinin nəticələri barədə danışıb.

Doqquz ayın yekunlarına həsr olunmuş hesabatOktyabrın 19-da İsmayıllıda “2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıcağı keçirilib.
Yığıncağı RİH-nin başçısı Mirdaməd Sadıqov açıb. RİH-nin başçısı 2018-ci ilin 9 ayında görülmüş işlər, əldə olunmuş nailiyyətlər, iqtisadiyyat, kənd təsərrüfatı və sənaye sahəsində qazanılan uğurlar barədə məruzə edərək yığıncaq iştirakçılarına geniş məlumat verib. Cənab Prezidentin 25-26 avqustda rayona etdiyi tarixi səfərinin nəticələri barədə danışıb.
Hesabat yığıncağında İsmayıllı Rayon Aqrar İnkişaf Mərkəzinin rəisi Həsən Həsənov, ”İsmayıllı-1” və “İsmayıllı-2” Su Elektrik Stansiyasının rəisi Tofiq İsmayılov, Rayon Maliyyə İdarəsinin rəisi Radim Müslümov, Təhsil Nazirliyinin 3 saylı Ərazi Maliyyə və Hesablama Mərkəzinin rəisi Elxan Cavadov çıxış ediblər.
Yığıncaqda rayonda sosial-iqtisadi sahədə qazanılan uğurlarla yanaşı, mövcud problemlər də geniş müzakirə olunub, həlli istiqamətləri müəyyənləşdirilib.
Yığıncağ iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Sonda ölkə Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş dövlət qulluqçusu Rüstəm Səmədova aldığı mükafat təntənəli şəkildə təqdim olunub.
M.Məhərrəmov

Doqquz ayın yekunlarına həsr olunmuş hesabatDoqquz ayın yekunlarına həsr olunmuş hesabat

Şərh Yaz