Yazarsa, daha mükəmməl yazacaq

Yazarsa, daha mükəmməl yazacaq
Gənc qız –“ Nargilə Əhədli redaksiyamıza göndərdiyi şeirlərinə qısa tərcümeyi-halını da əlavə edib.
O, 1991-ci ildə rayonumuzun Kürdmaşı kəndində dünyaya göz açıb. Yaşı az olsa da, başı arzulamadığı, gözləmədiyi bəlaları çəkib. Bəlkə də dərdli düşüncələrini qələmə aldıqca onları şeir adlandırıb.
Nargilə Səfərbərlik və Hərbi Xidmət Г‡ağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsində çalışır.
Atası –“ Əhədov İnqilab Əlihümbət oğlu 1993-cü ilin dekabr ayında Qarabağ torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdən birində şəhid olub.
Nargilənin ilk qələm nümunələri olan bu şeirlərdə onun poeziyadan xəbərdar olması, yazarsa, daha mükəmməl yaza biləcəyi duyulur. İsmayıllı yazarları sırasına yeni adın, yeni nəfəsin gəlişi sevinci ilə Nargilə Əhədliyə yaradıcılıq uğurları arzulayıram.
Şahməmməd Dağlaroğlu,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Yeni məzar

Mübarəkə gəlmişəm sənin yeni evini,
Şəhid adına qurban, anam yaman sevinir.
Mənimçünsə fərqi yox, bu məzarın nədəndir,
Fərq eləmir, ay atam, daşdandı, mərmərdəndir.
Beynimdə bir fikir var, altında yatan sənsən,
O soyuq torpaq altda üşüyən atam sənsən.

Tez-tez gəlib üstünə, ağlayıram mən sənin,
Bəzən atam olursan, bəzən könül həmdəmim.
Açıb bu ürəyimin dərdlərin bir-bir sənə,
Danışıram səninlə, danışacam mən yenə.
Əl uzadıram sənə, tutmasan da əlimdən,
Mənə daha yaxınsan çox ürək həmdəmimdən.

Əyil, ey qürurum

Ürəyim dolubdur yenə bu gecə,
Tanrım, taleyimi yazma heç kimə.
Gəzim qapı-qapı, küçəbəküçə,
Ürəyim bənd olub bir zərif simə.

Yaşat məni, ancaq zülmlə deyil,
Dözərdim, heç kimlə kədər bölməzdim.
Əyil, ey qürurum, bir daha əyil,
Bu qədər özümü zəif bilməzdim.

Bəlkə də güclüyəm, amma ki, kədər,
Mənim dözümümdən üstündür daha.
Yazmısan taleyi mənimçün hədər,
Fərəhlə çıxmıram gələn sabaha.

Ya öldür, ya yaşat məni, Allahım,
Belə sürünməyə həyat demirəm.
Barı biləydim ki, nədir günahım,
Bu qədər üzməzdi onda məni qəm.

Nifrətim qalıb

Bir namərd çiyninə başımı qoyub,
Aldanıb, inanıb, güvənmişəm mən.
Bir yalan sevgidən gözlərim doyub,
Sevgisiz həyatda tükənmişəm mən.

Şirin xatirələr istəmə məndən,
Səninçün bolluca nifrətim qalıb.
Qəlbimdə nifrətim qalsa da, gülüm,
Gözümdə evimə həsrətim qalıb.

Kənardan çox güclü görünsəm də mən,
Ürəyim əriyir, tükənməyir qəm.
Yadıma düşsən də, ay zalım, hərdən,
Sanma ki, sevginə hörmətim qalıb,
Sənin varlığına nifrətim qalıb.

Cehizim

Mənimtək qayıdıb gəlmisən geri,
Vəfalı yoldaşsan demə, cehizim.
Bax, sənin dözümün məndən çox olub,
Məndən çox dözmüsən qəmə, cehizim.

Əzizsən sən mənə, çünki, periksən,
Г‡əkdiyim zülümə, qəmə şəriksən.
Yamandı bəxtimə ayrılıq ləkəm,
Hər şeyə şahidsən, indi mən təkəm.
Sənlə bölüşürəm dərdi, cehizim.

Baxıram, fərqimiz nədədir bizim,
Ocaqsız, tüstüsüz yandın, cehizim.
Mənim gedən zaman sındı ürəyim,
Sənsə, qayıdanda sındın, cehizim.

Yad məzar

Sənin sorağınla qəbristanlığa,
Getdim məzarını axtarmaq üçün.
Bar az gözü dolu, bir az qorxulu
Gəzdim məzarlığı duyğulu o gün.

İçim yandı, gülüm, səsizliyinə,
Gör necə bir dərdə salmısan məni?
Tanımadığım yerdə, mən təkbaşıma,
Bütün qəriblərdən sorurdum səni.

Г‡ox gəzdim, tapmadım qəbir daşını,
Tapmadım, qırıldı qanadım, qolum.
Ağladım, silən yox gözüm yaşını,
Qalx, söylə burdayam, qurbanın olum!

Bir məzar görürəm, bəlkə sənindir,
Bu adsız məzara baxıram bu an.
Göz yaşı tökürəm, məzar kimindir,
İçimi yandırır, bu ah, bu aman.

Qalxıb dar məzardan, sanıram ki, sən,
Deyərsən: Ağlama, burdayam, burda.
Gözümün yaşını silib deyərsən,
Yar, məni axtarma sən yad məzarda.

Olası imiş

Bu dünyada nə gördüm ki, mən yetim,
Başım bəla çox çəkibdi əzəldən.
Yuva qurdum, gülə bəlkə taleyim,
Görən yoxmu bu taleyi düzəldən.

Ey Yaradan, mənə ana bətnində,
Görən niyə bu taleyi yazmısan?
Gözüm qorxmaz bundan sonra çətindən,
Mənim bəxtim, bəlkə yolu azmısan?

Г‡ox dadmışam acısını dünyanın,
Hər əzabı çəkə-çəkə gəlmişəm.
Dəyişən görmədim alın yazısın,
Bunu elə əzəlindən bilmişəm.

İxtiyar əlimdə olsaydı əgər,
Özümə bir gözəl tale yazardım.
Payıma düşməzdi nə qəm, nə kədər,
Ömrü gülə-gülə, keflə yaşardım.

Deməli bunlar da olası imiş,
Daha gözlərimdən yaş çıxmayacaq.
Taleyim sevincə xeyli gecikmiş,
Amma ürəyimi bu sıxmayacaq.

Alçaltmaq istəyən olsa da məni,
Qalxıb gözlərinə dik baxacağam.
Baş-başa buraxıb dərdinlə səni,
Adımı qəlbinə mən yazacağam.

Yazığı gəlməsin kimsənin mənə,
Mənim taleyimi Haqq özü əymiş.
Sənə güvənirəm, İlahi, yenə –
Nə edim, deməli qismət beləymiş.

Şərh Yaz