Təhsil işçiləri qərb bölgəsində

Təhsil İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsi yay məzuniyyəti dövründə işçilərin asudə vaxtının səmərəli keçirtmək məqsədilə ekskursiya və turist gəzintilərinin təşkilinə diqqəti artırmışdır. Təhsil işçiləri qərb bölgəsində         May-iyun aylarında bir neçə ilk təşkilat həmkarlar ittifaqı vəsaiti hesabına Respublikamızın tarixi yerlərinə, səfalı guşələrinə ekskursiyaları təşkil olunmuşdur. Şəhər 1, 2, 4, 5, 6 nömrəli, Kürdmaşı, Diyallı, Cülyan kənd tam orta məktəbləri, Peşə Tədris Mərkəzi kollektivlərinin Zaqatala, Balakən, Göy-gölə, Gəncə, Şəki, Oğuz, Qəbələ şəhərlərinə maraqlı turist gəzintiləri xoş xatirələrlə ittifaq üzvlərinin yaddaşlarına köçürülmüşdür. Məzuniyyət günlərində mənalı istirahətlərindən biri də təhsil işçilərinin qərb bölgəyə, Respublikanın gözəl iqlimi, qədim və zəngin tarixə malik Şəki və Oğuz şəhərlərinə ekskursiyası olmuşdur. Rayon Təhsil Şöbəsinin aparat işçiləri, məktəb direktorları, qabaqcıl, innovativ müəllimlərdən ibarət 25 nəfərlik qrup qədim Şəki şəhərinin tarixi tikililərini, tarix-diyarşünaslıq muzeyini, 256 illik tarixi olan qədim “Xan Sarayı”nı, Qədim Azərbaycan dövlətinin xanı olmuş məşhur Г‡ələbi xanın nəvəsi Məmmədhüseyn xanın ev muzeyini, məşhur ticarət mərkəzini və digər tarixi yerləri ekskursiya edərək biliklərini zənginləşdirdilər. Təhsil işçiləri öz təbii gözəlliyi ilə seçilən Kiş çayı boyunca yaradılmış “Marxal”, “Narın qala” kimi istirahət məkanlarında, daha sonra isə Oğuz rayonunun məşhur “Xalxal“ şəlaləsində asudə vaxtlarını, istirahətlərini səmərəli təşkil etdilər. Bundan əlavə, təhsil işçilərinin yay məzuniyyəti dövründə Nabranda fəailiyyət göstərən “Təhsil” istirahət mərkəzində və xəstəlikləri ilə əlaqədar müxtəlif sanatoriyalarda istirahət və müalicələrinin təşkili planlaşdırılmışdır. Bu vaxta qədər 51 nəfərdən çox təhsil işçisi bu imtiyazdan səmərəli istifadə etmişdir. Təhsil işçilərinin yay istirahəti davam edir.
Hafiz Kərimov,
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı RK-nin sədri

Şərh Yaz