Əlifba bayramı qeyd olunub

Mücühəftəran kənd tam orta məktəbində Ofeliya Məmmədovanın rəhbərlik etdiyi birinci sinif “Əlifba bayramı” şənliyi keçirib. Tədbirin bir hissəsi birincilərin “Əlifba”ya həsr edilmiş yekun dərs kimi keçirilib. Əlifba bayramı qeyd olunub
“Əlifba bayramı” məktəb divarları arasında həyatda kövrək addımları atmağı öyrənən birincilərin və onların müəllimlərinin hesabat bayramıdır. Bayram şənliyində şagirdlərin valideynləri və kənd sakinləri də iştirak edib.
Tədbirin ikinci hissəsində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Birinci sinif şagirdləri dünyanın möcüzələrinin sirli-sehirli qapılarını onların üzünə açmış ilk kitab – Əlifba haqqında Azərbaycan və rus dillərində mahnı və şeirlər oxuyub, səhnəciklər göstəriblər. Milli geyimli qızlar və oğlanlar kitaba, Azərbaycana, Vətənə həsr olunmuş şeirlər söyləyiblər. Şənlik xalq rəqsləri və uşaq mahnıları ilə davam edib. Yuxarı sinif şagirdləri birinciləri şeir və mahnılarla təbrik ediblər. Mərasimin sonunda məktəbin direktoru Camal Məmmədov şagirdləri, müəllimləri, valideynləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Elnarə Qasımova

Şərh Yaz