Təhsildə dəyərlər ilindən keyfiyyət ilinə doğru

2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsi ilə bağlı RTŞ-nin fəaliyyət planına uyğun olaraq 6 mart 2018-ci il tarixində Lahıc qəsəbə tam orta məktəbində “Müasir İnformasiya və Kommunikasiya Texnologiyalarından –“ Web 2.0 alətlərindən təhsildə məqsədyönlü istifadə” mövzusunda seminar-müşavirə keçirilmişdir.Təhsildə dəyərlər ilindən keyfiyyət ilinə doğru    Seminarda “Yaxşı öyrənmə yaxşı suallardan başlar” devizi altında Kahoot.com da interaktiv oyun viktorinada rayonun 6 –“ Lahıc qəsəbə, Zərnəva,Yeniyol kənd tam orta, Qaraqaya, Gəndov, Əhən ümumi orta məktəblərindən 2 şagird 3 istiqamət üzrə (biologiya,kimya və məntiq) keçirilən yarışda iştirak etmişlər. Məktəblərdən şagirdlərlə bərabər Zərnəva kənd tam orta, Əhən kənd ümumi orta məktəblərinin direktorları, Yeniyol kənd tam orta, Qaraqaya və Gəndov kənd ümumi orta məktəblərinin müəllimləri iştirak edirdilər. Keçirilən interaktiv oyunda Əhən kənd ümumi orta məktəbinin şagirdi (I yer), Qaraqaya kənd ümumi orta məktəbinin şagirdi (II yer), Lahıc-qəsəbə tam orta məktəbinin şagirdləri (III yer) fərqlənmişlər.
Əhən kənd ümumi orta məktəbinin biologiya müəllimi Səbinə Bağırovanın Web 2.0 alətlərindən istifadə etməklə “Sağlam bədəndə sağlam ruh olar” mövzusunda hazırladığı maarifləndirici təqdimat IX-XI sinif şagirdləri arasında diskusiya formasında keçirildi.
Təqdimat bitəndən sonra Lahıc qəsəbə tam orta məktəbinin direktoru Hikmət Haqverdili, RTŞ-nin metodisti Sevda İsmayılovanın çıxışından sonra metodik kabinetin direktoru Şahin Gənciyev qalib gələn şagirdlərə RTŞ-nin tərifnamə və hədiyyəsini təqdim etdi.
Sevda İsmayılova,
RTŞ-nin metodisti

Şərh Yaz