Tədbir alqışlarla qarşılanıb

İsmayıllı şəhərinin “Qarabağlılar” məhəlləsində yerləşən Ağdam Rayon Təhsil Şöbəsinin 30 nömrəli köçkün tam orta məktəbində sinif müəllimi Aytən Əliyevanın təşəbbüsü ilə IV sinfin dərs ilini başa çatdırmasına həsr olunmuş tədbir keçirilib.
Tədbir alqışlarla qarşılanıb
Tədbir alqışlarla qarşılanıb
Tədbir alqışlarla qarşılanıb
Tədbir alqışlarla qarşılanıb
Tədbir alqışlarla qarşılanıb
Tədbir alqışlarla qarşılanıb
Tədbir alqışlarla qarşılanıb
Tədbiri giriş sözü ilə məktəbin direktoru Zahid Namazov açıb. O, məktəbin ibtidai mərhələsini başa çatdıran 4-cülərə gələcək təhsildə və həyatda uğurlar arzulayıb.
Musiqili-əyləncəli tədbirdə sinif şagirdlərinin ifasında məktəbi, təhsili, müəllimi, Vətəni və qəhrəmanlığı tərənnüm edən şeirlər, mahnılar səsləndirilib, səhnəciklər nümayiş etdirilib. Tədbirə sinif müəlliminin 4 il əvvəlki yetirmələri – məktəbin 8-ci sinif şagirdləri də qatılıblar.
IV sinfi bitirmələri münasibəti ilə məktəblilər onlara zəhmət çəkən sinif müəlliminə, məktəb rəhbərliyinə dərin minnətdarlıq ifadə ediblər. Fərəhlənən, həm də kövrək hisslər keçirən valideynlər sinif müəllimi A.Əliyevaya səmimi təşəkkürlərini çatdırıblar.
Məktəbin kollektivi eləcə də dəvətlilər keçirilən tədbirin ürəkaçan olduğunu təkrarlanan alqışları ilə təsdiqləyiblər.
Natiq Quliyev

Şərh Yaz