“Dağ çiçəkləri”

“Dağ çiçəkləri”Əllərim

Qalıb ata- anamdan
Mənə hazır əllərim.
Hərəsi birinindir,
Külçə qızıl əllərim.

Gah alıram sağrıma,
Gah basıram bağrıma.
Hər dərdimə, ağrıma,
Durur, dözür əllərim.Əllərim

Qalıb ata- anamdan
Mənə hazır əllərim.
Hərəsi birinindir,
Külçə qızıl əllərim.

Gah alıram sağrıma,
Gah basıram bağrıma.
Hər dərdimə, ağrıma,
Durur, dözür əllərim.

Qəm yığılır qəm üstə,
Nəm çilənir nəm üstə.
Gecələr sinəm üstə,
Məni əzir əllərim.

Sevinir dost sıxanda,
Bir namərdi yıxanda.
Cibimdən boş çıxanda,
Məni üzür əllərim.

Mənəm azı, çoxu da,
Mənəm varı, yoxu da.
Gül- çiçəyi yuxuda,
Bəlkə üzür əllərim.

Ömrün qışı, yazını,
Sevincimin azını,
Hər dərdimin nazını
Г‡əkir, yazır əllərim.

Tələbəlik illəri–¦
Əsdi xəzan yelləri–¦
O mehriban əlləri
Yenə gəzir əllərim.

Hər dərdə, qəmə yoldaş,
Biri dəmir, biri daş.
Qəbrimi yavaş-yavaş
Özü qazır əllərim.

Sığalından yox əsər,
İçi qabar, üzü tər.
Bəxtəvərdi, bəxtəvər
Nökər, nazir əllərim.
Nazir Ziya Talıstanlı

Səni sevdiyimi niyə biləsən?

Dünyamı sevəsən, özümə baxıb,
Görüşə gələsən, sözümə baxıb.
Qəlbimi yandırıb, üzümə baxıb
Heç məni sevmirsən, deyə biləsən,
Səni sevdiyimi niyə biləsən?

Yarama duz səpmək əlindən gələ,
Uzaq dur, söyləmək dilindən gələ.
Dərdim anam sevən gəlindən gələ,
Məni işvə-nazla döyə biləsən,
Səni sevdiyimi niyə biləsən?

Dilim haray çəkir ağız içində,
Qələmim bekardır kağız içində,
Milyon gözəl gəlin, ya qız içində
Gözəl olduğunu öyə biləsən,
Səni sevdiyimi niyə biləsən?

Gül olub yağasan dəstələr kimi,
Hopasan ruhuma bəstələr kimi.
Könlü nar istəyən xəstələr kimi,
Barlı budağımı əyə biləsən,
Səni sevdiyimi niyə biləsən?

Bu paklıq, bəyazlıq ancaq qarda var,
Dodağın aldan al, bu rəng narda var.
Ədasız, xatasız gözəl harda var?
Dözərəm, xətrimə dəyə biləsən,
Səni sevdiyimi niyə biləsən?

Azmaram, dumanım, çənim olarsa,
Mən kiməm, bəxt mənə qənim olarsa?
Məst edən baxışın mənim olarsa,
Meylimi salmaram meyə, biləsən,
Səni sevdiyimi niyə biləsən?

Günəş salamlaya hər səhər səni,
Görəm hər görüşdə təzə, tər səni.
Gedəndə ruhumla bərabər səni,
Götürüb gedəcəm göyə, biləsən,
Səni sevdiyimi niyə biləsən?
Şahməmməd Dağlaroğlu

Bir neçə rübai

Fələk dünya boyda bir dəyirmandır,
Daşını fırladan su deyil, qandır.
Şahadı insanın ümidləridir,
Üyüdüb tökdüyü bədəndir, candır.

Başa dəyən yumruq sığalmış, demə,
Zülmə dözməyənlər cığalmış, demə.
Yoxmuş kasıblarda təşəkkür hissi,
Göydən yağan bəla qoğalmış, demə.

Sinəsi hədəfdir hər şər daşına,
Dönüb dünyamızın dərd yoldaşına.
Kasıbın başına gələn oyunlar
Gəlməz cəhənnəmdə Şeytan başına.

Balı dərd-bəladır pətək cahanın,
Şəhdi qızıl qandır bu nəhəng şanın.
Bizim Yer kürəsi İblis əlilə
Kəsilmiş başıdır Qalaktikanın.

Doğmalar içində bu yadlıq nədir?
Birlik körpüsünü sellər titrədir.
Hərə közü çəkir öz qabağına,
Millətin ocağı qaralıb gedir.
Oqtay İsmayıllı

Qalacaq

Nə etsək də bu dünyada,
Əyri bitib, düz qalacaq.
Qızıl-gümüş faydasızdır,
Qalsa yenə söz qalacaq.

Danılmazdır həyat eşqi,
Öz cənnəti, öz behişti,
Dolub-daşsa qaynar teşti,
Sönsə ocaq, köz qalacaq.

SЕ‘ylənibdir zaman-zaman,
Bitməz ümid, bitməz güman,
Yollarını kəssə duman,
Ötsə payız, yaz qalacaq.

Bir fəsil qış, biri bahar,
İllər atın qovub çapar,
Hər günün öz nəğməsi var,
Bitsə mahnı, saz qalacaq.

Olsa arzun çilik-çilik,
Qəm yoldaşın həmişəlik,
Solub getsə bənövşəlik,
Yaşıl çəmən, düz qalacaq.

Düşsən tufan, yağışına,
Bir namərdin qarДќışına,
Alsa torpaq ağuşuna,
Bitsə həyat, iz qalacaq.
Murad Məhərrəmov

Keçmişi unudana

Uyma, bala, zirvələrə,
O zirvədən enməyin var.
Dünya qoca, ömür fani,
Tabut ata minməyin var.

Г‡ox çəpiyə oldun oyun,
Əyrilərə əydin boyun.
Oldun qoyun oğlu qoyun,
Qızışma ha, şönməyin var.

Onu-bunu yola-yola,
Dadanmısan haram pula.
Müftə gələn yağlı yala,
Bic-bic baxıb dinməyin var.

Ovum-ovum oyularsan,
Məsxərəyə qoyularsan.
Soğan kimi soyularsan,
Taleyin sərt dönməyi var.

Sona qədər gülmür bəxt də,
Dostluğun da çürük, saxta.
Oturduğun yumşaq taxt da,
Fırlandısa, çönməyi var.

Unutma kim olduğunu,
Didib tökmə qoltuğunu.
Gözlə ömrün sonluğunu,
Cəhənnəmdə yanmağın var.

Ay görməmiş, tüklü gənə,
Qızarırsan gündən-günə.
İnanmıram daha sənə –“
Olanları danmağın var.
Xalıq Yusifoğlu

Qapı

Ömrün giriş-çıxışı,
Ağ qapı, qara qapı.
Bağlar ağın açdığı
Kitabı qara qapı.

Üzüm yox, üzə duram,
Nə yazsan yaz, uduram.
Sənə əl uzadıram,
Baxırsan hara, qapı?

Dəymə, sinə dağımdı,
Əymə, şah budağımdı.
Sənin açılmağındı
Dərdimə çara, qapı.

Qayıtmadı gedənim,
Tapılmadı itənim.
Açıl üzümə, məni
Qovuşdur yara, qapı.
Tərlan Saleh

Könlüm

Yad ocağa qalanma,
Közünü qoru, könlüm!
Dərya kimi bulanma,
Gözünü qoru, könlüm!

Qoyma dünyan dağıla,
Uyma şirin nağıla.
Bütün aləm yığıla,
Düzünü qoru, könlüm!

Nura bələ, gül məni,
Eylə şirindil məni.
Durula hər kəlməni,
Sözünü qoru, könlüm!

Qucaq açdın sevgiyə,
Qanadlanıb uç deyə.
Saf ürəyə köç deyə,
Özünü qoru, könlüm!
Xatın

Düşürdü

Yaşın beşi, altısı olan vaxtlar var idi,
Deməyim, gülməyim də həmin çağa düşürdü.
Bilinməyirdi deyə, yer tapırdı qarada,
Ləkə nə bəmbəyaza, nə də ağa düşürdü.

Sevinib götürərdim, yaxşı nə var görəndə,
Saçlarımı darayıb, ucunacan hörəndə.
Alma, heyvadan ötrü gedib bağa girəndə,
Xəbər tutmaq bağbana, bilmək bağa düşürdü.

Olmazdı görünməyim paltarın qarasında,
Г‡əkəsi olmamışdım doğrunun bəlasın da.
Bölünəndə kiçiklər, böyüklər arasında,
Sevinc, səadət payı hər uşağa düşürdü.
Tamam Nur Tağlabiyanlı

Adilik

Sinəmdə bəslənən min-min arzunun,
Bəzən sızıltısı, yanğısı olur.
Yaşamaq naminə çəkir can əzab,
Sinəmə həsrətin yanğısı dolur.

Gəzdirib çiynimdə ağrı-acını,
Sanki günahkaram elə özüm də.
Tapa bilməyəndə dərdimə əlac,
Adilik gəzirəm özüm özümdə.

Adilik yetişir bəzən hayıma,
Adilik çiçəkli yazımdır mənim.
Alnıma yazılan yazı içində
Adilik ən böyük yazımdır mənim.

Onun hər nəğməsi şirindən şirin,
Şəfəqi sönməyən bir aydın səhər.
Batıb işığına mən adiliyin,
Adi yol gedəcəm ölümə qədər.
Gülxar Cəbiqızı

Hayıf

Bir ömür yaşayıb, yaşa dolanda,
Ömrü boşa vermə, izinə hayıf.
Keçmişə boylanıb fikrə dalanda,
Peşiman görünən gözünə hayıf.

Elə danışasan, elə güləsən,
Elə yeriyəsən, elə gələsən.
Elə yasayasan, elə öləsən,
Desinlər hay-hayıf, özünə hayıf.

Bir dəfə göz açıb gələn dünyaya,
Bir dəfə köç edib, keçər o taya.
Tanrı hüzurunda o, haqqı-saya,
Г‡alış döyməyəsən dizinə hayıf.

El qızı Nailə eldən güc alar,
El gözü güzgüdü eldə ucalar.
Gün gələr bu sözü əbədi qalar,
Görənlər deyəcək üzünə hayıf.
Nailə Yırğançaylı

Əsgər ürəyi

Əlimdə bir əsgər məktubu vardır,
Onu oxuyuram həyəcanla mən.
Ölən bir əsgərdən son yadigardır,
Od-alov saçılır sətirlərimdən.

Söz canlı varlıqdır, söz cansız deyil,
Söz də ürək kimi bizə gərəkdir.
Mənə elə gəldi bu kağız deyil,
Əbədi döyünən odlu ürəkdir.

Ona lazım olmuş cəbhədə ürək,
Demə ürəyini göndəribdir o.
Məktuba od saçan sözlər düzərək,
Odlu bir ürəyə döndəribdir o.

Mən belə mənaya elə uydum ki,
Dedim: “Bu ürəyə yurd-yuva gərək”.
Bir vaxt hiss etdim ki, bir vaxt duydum ki,
Sinəmdə döyünür bu odlu ürək.
Rövşən Ağayev

Шахидские могилы

Приди на шахидские могилы,
Р? тихо стой! РќРµ надо слов!
Р? здесь только ветер легкокрылый
Один вздыхает у Айпара!

Р? занося РёС… пылью снежной,
Поет как некий трубный глас.
О непреложном, неизбежном,
Посленем час о для нас.
Низами Надиров

Həsrətin qəlbimdə əbədi yaşar

Niyə göründün gözümə,
Qisasmı almaq istədin?
Öyrədib məni özünə,
Dərdəmi salmaq istədin?

***
Dişimi-dişimə qıcayıb, tutub,
Zorla alışmışdım hicran yükünə,
İllərdir yuxumda əlindən tutub,
Nifrət eləyirdim sənin hökmünə.

Hökmün qəti fərman, dəqiq söylədin,
Nə idi günahım onu demədin.
Yaşımı başıma qaxınc eylədin,
Ancaq həqiqəti, sonu demədin.

Küsdürüb qəlbimi, susdurub məni,
Bu sevgi dünyamdan paymı alırsan?
Həsrət baxışınla süzdürüb məni,
İncik ürəyimə haymı salırsan?

Mən səni sevəndə uşaq kimiydim,
İndisə dağ yükün atdın çiynimdən,
Məni görən kimi… onu demədin,
Niyə səhəngini saldın çiynindən?!

Qiyabi oxudum qəlbini o an,
Gızlərim gözündə məsumluq gördü.
Güyümü çiynindən torpağa salan,
Mənim əksim idi, səni öpürdü.

Bu sevgi başımdan çıxar? Bilmirəm?!
Yaşar ürəyimdə şişənə kimi.
Eşqin məngənəsi sıxar? Bilmirəm…
Dəmir ocağında bişənə kimi.

Ruhun öhdəsinə buraxdım səni,
Bacara bilməzsən onunla heç vaxt.
O incidə bilməz heç bir kimsəni,
Get,öz xəyalınla, get yaşa xoşbəxt,

Bu sevda yolunda çoxlu göz yaşı,
Bu sevgi payımda narahatlıq var.
Neynirsən göz dağım Sadiqi, yaşı,
Həsrətin qəlbimdə əbədi yaşar.
Sadiq Babaoğlu

Şərh Yaz