Ağacəkmə kompaniyasına start verilib

21 noyabr 2017-ci il taixdə YAP İsmayıllı rayon təşkilatı və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi Yeni Azərbyaycan Partiyasının təhsis edilməsinin 25 illiyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” devizi altında ağac əkmə kompaniyasına start verib. Ağacəkmə kompaniyasında RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova, təşkilatın əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəalları, gənclər, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri, İsmayıllı Peşə Tədris Mərkəzinin, Topçu, Buynuz kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Ağacəkmə kompaniyasına start verilib                             Kompaniya zamanı İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qalınçaq meşəbəyliyinin 3 saylı dolayında – Topçu kəndi ərazisində 1 hektar sahədə 600 fındıq tingi əkilib. Ağacəkmə 2018-ci ilin mart ayına qədər davam edəcəkdir.
V.Salehov

Şərh Yaz