Öz peşəndə peşəkar ol

İsmayıllı Peşə Tədris Mərkəzində “Öz peşəndə peşəkar ol!” adlı layihə çərçivəsində gənclər üçün təlimlər təşkil edilib.
Növbəti təlim 5 dekabr tarixində İsmayıllı Peşə Tədris Mərkəzindən seçilmiş gənclərlə keçirilib. Təlimi giriş sözü ilə açan “Göyçay İnkişaf Mərkəzi” gənclər ictimai birliyinin sədri Əzizağa Atakişiyev əvvəlcə layihə haqqında qısa məlumat verdi.
Öz peşəndə peşəkar ol                       O qeyd etdi ki, layihə çərçivəsində gənclərə peşə bacarıqları, peşə növləri, peşəyönümü, peşəyönümünün məqsədləri, peşə seçiminin strategiyası, karyera planlaşdırılması, karyera bələdçiliyi, şəxsi səriştələrinin artırılması və sahibkarlıq düşüncə tərzinin gənclər arasında təbliği istiqamətlərində təlimlər keçirilir. O həmçinin peşə təhsilinin dövlət tərəfindən prioritet sahə kimi seçildiyini, peşə təhsili sahəsində həyata keçirilən islahatlar və bu sahənin cəmiyyətdə önə çəkilməsindən söz açaraq, həyata keçirilən layihənin gənclər üçün önəmini vurğulayıb.
Layihənin həyata keçrilməsinidə əsas məqsəd Göyçay, Qəbələ, İsmayıllı rayonlarından seçilmiş 60 nəfər gəncin peşə təhsilinə yiyələnməsinə, peşə ixtisası əldə etməsinə maraqlarını artırmaq, onların şəxsi, sosial səriştələrinin və peşə bacarıqlarını inkişaf etdirmək, əmək bazarına çıxış imkanlarını dəstəkləmək, həmçinin məşğulluq probleminin həll olunmasına yardım göstərməkdən ibarət olub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz