Peşə seçimi əhəmiyyət kəsb edir

Müasir dövrdə vətəndaşların maraq və meyllərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb edir. Düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır. Bu vacib işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün peşəyönümü tədbirlərinin düzgün təşkili və aparılması xüsusi əhəmiyyətə malikdir.
Peşə seçimi əhəmiyyət kəsb edir
İsmayıllı Rayon Məşğulluq Mərkəzi tərəfindən cari ilin dekabr ayının 6-da şəhər 3 nömrəli məktəb-liseyində yuxarı sinif şagirdlərinin və valideynlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilib.
Məşğulluq xidmətlərinin fəaliyyət istiqamətləri, peşə hazırlığı və əlavə təhsil kursları, digər aktiv məşğulluq tədbirləri haqqında iştirakçılara geniş məlumatlar verilib.
Tədbir iştirakçılarına ölkəmizin əmək bazarında baş verən proseslər, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar verilib.
Qadir Abduləzizov,
Məşğulluq Mərkəzinin aparıcı məsləhətçi

Şərh Yaz