İnkişaf göstərilən diqqətin təzahürüdür

“2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağımız bütün ismayıllılar üçün xoş olan anların sevincini yaşadığımız vaxta təsadüf edir. Belə ki, cənab Prezident Qobustan və Şamaxı rayonlarına səfərindən sonra – oktyabr ayının 5-də Lahıc qəsəbəsinin inkişafı ilə bağlı 3 sərəncam imzalamışdır.İnkişaf göstərilən diqqətin təzahürüdür
İnkişaf göstərilən diqqətin təzahürüdür
İnkişaf göstərilən diqqətin təzahürüdür
Qəsəbənin qazlaşdırılması, Dəmirçi-Lahıc yolunun çəkilib istifadəyə verilməsi, Lahıc qəsəbə tam orta məktəbi üçün 400 şagird yerlik binanın tikilməsi möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycanın qədim tarixini özündə yaşadan Lahıc qəsəbəsinə, onun sakinlərinə, bütövlükdə İsmayıllıya göstərdiyi diqqət və qayğısının təzahürüdür”.
Bu fikirlər “2017-ci ilin doqquz ayının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun məruzəsi”ndə səslənib.
Hesabat dövründə rayonda görülmüş işlərdən söz açan M.Sadıqov, qarşıda duran vəzifələri də yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, İsmayıllıya ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət bu bölgənin ildən-ilə inkişafına tam zəmin yaradır. Başçı ismayıllıların bu münasibətə vətəndaşlıq hissi və əməli işləri ilə cavab verəcəklərinə inandığını vurğulayıb. Yekunda bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu ölkə daxilində və beynəlxalq miqyasda inamla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinə İsmayıllıda yüksək sədaqət göstərilir, onun Fərman, Sərəncam və tapşırıqları dönmədən həyata keçirilir. 2017-ci ildə qarşımızda daha məsul vəzifələr, Azərbaycanın xoş və uğurlu gələcəyi naminə yerinə yetiriləsi vacib olan çox böyük işlər durur. Əminik ki, xalqla iqtidar arasında olan birlik daha yüksək nailiyyətlər qazanmağa imkan yaradacaqdır.
Müzakirələrdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Telman Ağasıyev, 9 saylı Yol İstismar İdarəsinin rəisi Məhəmməd Musayev, Lahıc qəsəbə tam orta məktəbinin direktoru Hikmət Haqverdili, sahibkar Saməddin Seyidov və baramaçı Aslan Muradovun çıxışları dinlənilib. Məruzə və çıxışları diqqətlə dinləyən iştirakçıların verdiyi təkliflər dinlənilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Hesabat məruzəsinin tam mətni ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin saytında – http://ismayilli-ih.gov.az/page/26.html -da tanış ola bilərsiniz.
Şahməmməd Soltanov

Şərh Yaz