Bərabər münasibətin təzahürü

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz: İslam Həmrəyliyi İli kontekstində” mövzusunda mühazirə keçirilib.Bərabər münasibətin təzahürü    Ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev tədbir iştirakçılarını və qonaqları salamlayaraq Ümummilli liderin həyat yolundan və xalqın taleyində oynadığı roldan bəhs edib. R.Ağayev Azərbaycanın beynəlxalq aləmdə istər ictimai-siyasi, istər iqtisadi və mədəni cəhətdən tanınması, dünya müstəvisində özünəməxsus yer tutmasında ulu öndərin xidmətlərini xatırladıb.
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova Ümummilli liderin banisi olduğu azərbaycançılıq idealogiyasından və onun tərkib hissəsi olan milli-mənəvi dəyərlərimizin bu ideologiyada yerindən söhbət açılıb. Bildirilib ki, ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunması həm milli-mənəvi, həm də bəşəri dəyərləri birləşdirən Azərbaycanın İslam ölkələri arasında yerini və əhəmiyyətini bir daha vurğulayır.
Bakı Dövlət Universitetinin dosenti filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva İsmayıllı ziyalıları və gəncləri qarşısında söylədiyi mühazirədə xalqımızın dərin tarixi köklərə məxsus milli-mənəvi dəyərlərindən söhbət açıb, onların qorunub yaşadılmasında Ümummilli liderin rolu ilə bağlı faktları nəzərə çatdırıb. O bildirib ki, Ulu öndərin həyata keçirdiyi siyasət milli-mənəvi dəyərlərimizin qorunmasına yönəlməklə yanaşı, Azərbaycanda qədimdən yaşayan bütün dinlərin daşıyıcılarına və bütün xalqların nümayəndələrinə bərabər münasibətin təzahürüdür. Bu gün də bu siyasət uğurla davam etdirilir.
Sonda interaktiv formada keçən tədbirdə yerli ziyalıların rəyləri dinlənilib, fikir mübadiləsi aparılıb.
Sevinc Novruzova

Şərh Yaz