Söhbət sağlamlığı qorumaqdan gedib

İsmayıllı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı, “Ümidli Gələcək” ictimai birliyinin dəstəyi ilə “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində maarifləndirmə xarakterli seminar keçirilib. Seminarda “Ümidli Gələcək” ictimai birliyini proqram rəhbəri Ruhanə Əhmədova, layihə koordinatoru Kəmalə Aşumova, ümumtəhsil məktəblərinin biologiya və həyat bilgisi dərslərini tədris edən müəllimələr iştirak edib. İctimai birliyin proqram rəhbəri və layihə koordinatoru çıxış edərək reproduktiv sağlamlığın tədrisi ilə bağlı ətraflı məlumat verib. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin fiziki sağlamlıqlarraının qorunması, zərərli vərdişlərdən uzaq durulmasının zəruriliyinin şagirdlərə çatdırılması və bu sahədə şagirdlər arasında mütəmadi maarifləndirmə işinin aparılması seminarın keçirilməsində məqsəd olduğu vurğulanıb.
Sonda müəllimləri maraqlandıran suallara cavab verilib, müzakirələr və fikir mübadiləsi aparılıb.
Sevda İsmayılova

Şərh Yaz