Ağacəkmə aksiyası həyata keçirilib

İDEA ictimai birliyinin təşəbbüsü ilə, eləcə də rayonda ekoloji mühitin saflaşdırılması, yaşıllıq zonalarının artırılması, baramaçılığın yem bazasının yaradılması məqsədilə 3 dekabr 2016-cı il tarixdə rayonun bütün idarə və təşkilatlarının, ərazi nümayəndəlikləri və bələdiyyələrin iştirakı ilə ağacəkmə tədbirləri həyata keçirilib.Ağacəkmə aksiyası həyata keçirilibYaşıllıq zolaqlarının artırılması, o cümlədən arıçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə cökə, akasiya, ağcaqayın və digər növlərdən ibarət 4000-dən artıq ağac əkilib.
Məlum olduğu kimi rayonumuzda kənd təsərrüfatında ənənəvi sahələrdən sayılan baramaçılıq cari ildə yenidən bərpa edilib. Bu mühüm sahənin yem bazasının yaradılması məqsədilə rayona 10 min tut tingi gətirilib. Həmin tinglər şəraitə uyğun olaraq müvafiq bölgü əsasında ərazi icra nümayəndəliklərinə, bələdiyyələrə paylanıb. Həmin gün tinglərdən üç min ədədi əkilib. Əkilən tinglər aqrotexniki tələblərə uyğun becərilməsi və mühafizə edilməsi üçün nəzarətə götürülüb.
Şahin Hüseynov

Şərh Yaz