Nazirliyin ildönümü günündə

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb.
Nazirliyin ildönümü günündə
İsmayıllı rayon Gənclər və İdman İdarəsi 26 iyul 2016-cı il tarixdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 22-ci ildönümünə həsr olunmuş qol güləşi üzrə açıq rayon birinciliyi təşkil edib.
Birincilikdə İsmayıllı idmançıları ilə yanaşı qonşu Qəbələ rayonundan da ümumilikdə 100 idmançı qüvvəsini sınamaq üçün yarışa qoşulub.
Tədbirdə çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Prezidentimizin ölkə idmanına göstərdiyi qayğıdan bəhs edib, nazirliyin yaradılma tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Qol Güləşi Federasiyasının İsmayıllı rayon təmsilçisi Vüsal Qəzənfərov da öz çıxışında ölkə idmanının inkişafından, ona göstərilən dövlət qayğısından bəhs edib.
Qaliblər İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif ediliblər.
Şəhla Qafarova

Şərh Yaz