Xurşudbanu Natəvan

Redaksiyadan: “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə E.Cəlilov adına 272 nömrəli tam orta məktəbdə “Vətən qeyrətli qadın hökmdarımız –“ Tomris” mövzusunda keçirilən konfransda və yazı müsabiqəsində fəal iştirakına görə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin 7-ci “c” sinif şagirdi Arzu Əfqan qızı Əhmədzadə Tərifnamə ilə təltif olunub.
Arzunun mövzuya uyğun yazdığı yazı Xurşidbanu Natəvana həsr olunub. Həmin yazını oxucularımıza təqdim edirik. Onu da qeyd edək ki, A.Əhmədzadənin tarix fənn müəllimi Təranə Məmmədovadır.
Xurşudbanu Natəvan
Keçən ilin yay tətilində valideyinlərimlə birlikdə Bakı şəhərində dincələrkən diqqətimi bir qadın heykəli cəlb etdi: yaxınlaşdım. Heykəlin üzərində Xurşudbanu Natəvan sözləri yazılmışdı. Düzü, bu adı eşitmişdim, ancaq haqqında geniş məlumatım yox idi. Bir anlığa fikirləşdim ki, bu qadının hansı xidmətləri olmuş ki, Azəbaycan paytaxtında ona belə möhtəşəm abidə ucaldılmışdır?
Beləliklə, onun haqqında valideyinlərimdən, müəllimlərimdən və internetdən məlumatlar toplamağa başladım. Öyrəndim ki, bu heykəlin sahibi həm şairə, həm də Azəbaycanda nüfuzlu dövlət xadimi kimi ad çıxarmış xan qızı Natəvandır. Əslən Azəbaycanın Qarabağ bölgəsindən olması və orada göstərdiyi xidmətlər xüsusi ilə diqqətimi cəlb etdi. Ona görə də hər gün televiziyadan, radiodan eşitdiyim “Qarabağ uğrunda döyüşlər”, “Qarabağ şəhidləri”, “Qarabağ uğrunda döyüşlərdə yaralananlar” və digər bu kimi məlumatların nə üçün tez-tez səsləndirildiyi səbəbini daha dərindən öyrənmək arzusuna düşdüm. Axı Qarabağda nə baş verir? Niyə bu bölgə məhz “qara” və “bağ” sözlərinin birləşməsi adını alıb, kim buranı belə adlandırıb? Bəlkə də, gözəlliyi və füsünkarlığı barədə qismən də olsa, məlumat topladığım bu qiymətli diyara sahib çıxmaq istəyənlər var? Bu və digər suallara cavab tapmaq məqsədi ilə Xurşudbanu Natəvanın şəxsiyyətinin işığında bir təskinlik tapdım. Bu məsələni araşdırdıqca Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı olduğunu bir daha dərindən dərk etdim. Öyrəndim ki, Xurşudbanu Natəvan Azərbaycan tarixində xüsusi xidməti və yeri olan İbrahimxəlil xanın nəvəsi, Mehdiqulu xan Cavanşirin isə qızı olub.
Bu qadının yaradıcılığını, fəaliyyətini öyrəndikcə, təəccüb məni bürüyürdü. Böyük bir nəsilin davamçısı olmaqla, düzlük, doğruculuq, xeyriyyəçilik, haqq-ədalət sanki onun həyatının mənası olmuşdur. Təkcə bir fakt məni heyrətə gətirdi:onun şəxsi təşəbbüsü və fədakarlığı ilə bölgə su ilə tam təmin edilmişdir. Şuşada bağ salınmışdır. Kasıbların himayədarı olmuşdur.
Qürurverici haldır ki,bu qadın öz mənəviyyatı ilə kişiləri də heyrətə gətirmişdir.
XIX əsrin məhşur fransız yazıçısı A.Düma onun ağıl və düşüncəsini yüksək qiymətləndirmişdir.
Xurşudbanu Natəvan
El arasında indiyədək Xan qızı Natəvan adını almış bu şəxsiyyət sübut etmişdir ki, qadın həm ana, həm bacı, həm sərkərdə, həm də dövlət xadimi kimi işlərin öhdəsindən gələ bilər. Bu, qadın qüdrətidir! Şeiriyyətini, ədəbi və siyasi fəaliyyətini araşdırdıqca qadınlarımızın şərəfli obrazı gözlərim önündə canlanır. Onun haqqında İlyas Əfəndiyevin yazdığı tamaşaya diqqətlə baxdım və bu şəxsiyyətin heykəlini əbədi olaraq qəlbimdə ucaltdım.
Tarix institutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” müsabiqəsini müəllimimiz elan edərkən, cox sevindim. Dərhal bu müsabiqədə iştirak etmək qərarına gəldim və xoşbəxtəm ki, bu müsabiqə vasitəsilə mənim də kövrək duyğularımı oxuyacaqlar və qiymətləndirəcəklər.
Açıq etiraf edim ki, bu mövzu ilə əlaqədar xeyli tarixi şəxsiyyətlərimiz barədə məlumat topladım. Həmişə ixtisas seçimi barədə düşünürdüm və bu müsabiqə zamanı apardığım araşdırmalar məni tariximizə çox bağladı. Gələcəkdə tarixçi olub Azərbaycan həqiqətlərini dünyaya elmi şəkildə çatdırmaq qərarına gəldim.
Analadım ki, Azərbaycanın çox böyük şəxsiyyətlərinin elmi cəhətdən düzgün araşdırılmasına ehtiyac vardır. Bu tarixi şəxsiyyətlərə biz sahib çıxmasaq, erməni milləti kimi mənfurlar onları “özününkü”ləşdirəcəklər.
Odur ki, öz tarixi şəxsiyyətlərimizə özümüz sahib çıxmalıyıq. Bu mövzu hər bir azərbaycanlının fəaliyyət şüarı olmalıdır.
Arzu Əhmədzadə,
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin VII “c” sinif şagirdi

Şərh Yaz