Az da olsa, təsəlli tapdım

“İsmayıllı xəbərləri” qəzetinin 31 may tarixli nömrəsində “Kəndin toylarını kim şənləndirəcək?” adlı yazını oxuyub çox mütəəssir oldum. Bu yazıda həmyerlimiz –“ Sumqayıt Dövlət Universitetinin 2015-ci il məzunu Mikayıl Yaqub oğlu Vahabzadə haqqında bir qrup tələbə – qız yoldaşının söylədikləri xatirələr mənim də qəlbimi dilə gətirdi.
Az da olsa, təsəlli tapdım

“İsmayıllı xəbərləri” qəzetinin 31 may tarixli nömrəsində “Kəndin toylarını kim şənləndirəcək?” adlı yazını oxuyub çox mütəəssir oldum. Bu yazıda həmyerlimiz –“ Sumqayıt Dövlət Universitetinin 2015-ci il məzunu Mikayıl Yaqub oğlu Vahabzadə haqqında bir qrup tələbə – qız yoldaşının söylədikləri xatirələr mənim də qəlbimi dilə gətirdi.
Az da olsa, təsəlli tapdım
Sən demə, universitet illərində tələbə yoldaşları onu Mikoş deyə çağırarlarmış. Şəhid balamızın xatirəsi həmişə əziz tutulacaq. Bir həmyerli olaraq, hamı kimi, mən də onun yoxluğuna ata-anası, qrup yoldaşları kimi yanıb-yaxılıram. Bu yazını oxuduqdan sonra Mikayılın tələbə yoldaşlarının iztirablarını elə onların dili ilə qələmə aldım. Bundan az da olsa təsəlli tapdım:

Biz sənin arın, Mikoş,
Sərvətin, varın, Mikoş.
Anan bilə bilmədi,
Kim sənin yarın, Mikoş?

Г‡ay axıb getdi, Mikoş,
Bizi qərq etdi, Mikoş.
Yar əlini tutmamış,
Əcəlin yetdi, Mikoş.

Toylar bəzəyi, oğlan,
Dur, yenə oyna, sallan.
Gözləri yol çəkən qız,
Qalıb səndən nigaran.

Mikoş, Mikoş, ay Mikoş!
Gəl, bizlərə şeir qoş.
23 yaş –“ ölüm,
Allaha getdimi xoş?

Hanı Rumiyyə ana?!
Qoymayın, tək dayana.
Deyirlər, bir ah çəkib,
Səsi düşüb cahana.

Qəm yemə, Yaqub kişi,
Bu iş – Allahın işi.
Mikayıl qəhrəmandır,
Hər işdə alıb “5”-i.

Sənə hər vaxt, hər zaman,
Laylay çalar Girdiman.
Biz qocalıb getsək də,
Sən cavan qalacaqsan.

Gülnar, Güldəstə, Nübar,
Sənsiz şivən qoparar.
Torpağından bir ovuc,
Hərə tutyə aparar.

Dostun idi Turanə,
Г‡əkmir telinə şanə.
Boğulub göz yaşında,
Qəlbi olub viranə.

Müəllimin Xədicə,
Dərd çəkir gündüz-gecə.
Deyir, zalım Əzrayıl,
Necə qıydı bu gəncə?

Yanır halına Nərmin,
Gözündə düşmənə kin.
Biri də Mikoş olmaz
Oğullar gəlsə min-min.

Sən çatmaqaş, qaragöz,
Baxışların yanar köz.
Hər çətinə düşəndə,
Deyərdin, ürəyim, döz!

Fəxri ata-ananın,
Vətənə verdi canın.
Bayrağa dönüb qalxdı,
Yerə tökülən qanın!
İldırım Dəmirli

Şərh Yaz