Narkomaniya bəşəriyyətin bəlasıdır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə may ayının 17-də İsmayıllı rayonunun Basqal qəsəbə, Rəmzi Novruzov adına tam orta məktəbində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilib.
Narkomaniya bəşəriyyətin bəlasıdır
Narkomaniya bəşəriyyətin bəlasıdır
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, RİH başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural İbrahimov, “Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri Qüdrət Kazımov, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, müəllim və şagirdlər iştirak ediblər. Г‡ıxış edənlər narkomaniya və onun fəsadları, xüsusilə bu fəsadların aradan qaldırılması sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər.
Qeyd olunub ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda bu sahədə milli-mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz