İkinci yerlə kifayətləniblər

Dövlət səviyyəsində idmana və idmanşılara göstərilən diqqətlə əlaqədar olaraq bölgələrdə müxtəlif idman növlərinə maraq artıb. Aprelin 24-də Bakı şəhərində qol güləşi üzrə növbəti respublika çempionatı keçirilib. Həmin yarışa rayonumuzu təmsil edən komanda da qatılıb.
İkinci yerlə kifayətləniblər
Qolugüclülərimizdən Qismət Məmmədov və Mahir Mitəlov ikinci yerlə kifayətlənməli olublar.
Qaliblər Azərbaycan Qol Güləşi Federasiyası tərəfindən mükafatlandırılıblar. Komandanı yarışa məşqçi Vüsal Qəzənfərov hazırlayıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz