Seminar keçirilib

İsmayıllı Rayon Təhsil Şöbəsində tərbiyə işləri üzrə direktor müavinləri və Uşaq birliyi təşkilatı rəhbərlərinin seminarı keçirilib. Seminarı giriş sözü ilə RTŞ-nin müdiri Rasim Orucov açıb və müasir dövrdə tərbiyə işində qarşıda duran vəzifələrdən danışıb.
Şəhər 1 nömrəli tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini Dilbər Yəhyayeva “Şagird şəxsiyyətinin formalaşmasında sinif rəhbərlərinin rolu” mövzusunda məruzə edib. Mövzu ətrafında çıxışlar olub.
Müəllim-valideyn münasibətlərini şagirdlərin mənəvi həyatında təsir göstərən ən önəmli pedaqoji faktor kimi dəyərləndirən və rəhbərlik etdiyi 8 A sinfi ilə hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2015-ci ilin sentyabr ayında icrasına başladığı “Məktəb icmaları” pilot layihəsində uğurla iştirak edən “Sinif icması” və “Fəallar” nominasiyası üzrə respublika qalibi olan şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Bahar Abdullayeva bu sahədəki iş təcrübəsi barədə seminar iştirakçılarına məlumat verib.
RTŞ-nin metodisti Rəna Mirzəliyeva Təhsil Nazirliyinin məktəblilər arasında “Ruhi psixoloji vəziyyətin ağırlaşması ilə əlaqədar”, həmçinin “Məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsinin və vətənə məhəbbət hisslərinin gücləndirilməsi məktubları”, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü illiyi ilə əlaqədar görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonda RTŞ-nin metodik kabinetinin müdiri Hümbət Əsədov və aparıcı məsləhətçi Şəfaqət Rəsulov tərbiyə işi ilə əlaqədar tövsiyələrini çatdırıblar.
Səbinə Muradova,
şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz