Gender və vergi mədəniyyəti

Azərbaycan Respublikası Müasir Qadın və Cəmiyyət ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gender və vergi mədəniyyəti” adlı layihənin icrasına başlayıb.
Noyabr ayının 13-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində ictimai birliyin “Gender və vergi mədəniyyəti” layihəsi çərçivəsində seminarı keçirilib.
Gender və vergi mədəniyyəti
“Gender və vergi mədəniyyəti” layihəsi “Vergi dostları” şəbəkəsinin genişlənməsinə dəstək olmağı və bu istiqamətdə qadınların potensialından, gücündən daha yaxşı faydalanmağı nəzərdə tutur.
Tədbirdə iştirak edən RİH başçısının müavini Sevil Əhmədova, 10 saylı Ərazi Vergi İdarəsinin baş hüquqşünası Elman Qafarov, İctimai birliyin sədri Fidan Maqsudova, əməkdaşı Lalə Maqsudova, RTŞ-nin metodisti Rəşid Məmmədov, habelə rayonun fəal gəncləri iştirak ediblər.
Layihənin əsas məqsədi məcburi vergi yığımlarından könüllü vergi ödəmələrinə keçid prossesini həyata keçirilməsi, vergi mədəniyyətinin aşılanması işində qadınların rolunu artırmaqdan, qadınların bu sahədə bilgilərinin artırılmasına nail olmaqdan ibarətdir
Tədbirdə iştirak edən “vergi dostları” qruplara bölünməklə, mövzunun müxtəlif sahələri üzrə diskussiyalar aparıblar.
İştirakçılardan Rahid Rəcəblinin, Gülnar Mikayılovanın, Elvin Əliyevin, Rəşid Məmmədovun və Kamran Məlikzadınin çıxışları, mövzu ilə bağlı irəli sürdükləri təkliflər maraqla qarşılanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz