Sahibkarlığın innovativ inkişaf yolları araşdırılıb

Noyabr ayının 13-də İsmayıllı rayon Uşaq kitabxanasının iclas zalında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Müasir Gənclik və Sosial Həyat ictimai birliyi tərəfindən “Gənc sahibkarların innovativ koordinasiyası” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirin keçirilməsi Gənc Təsərrüfatçılar Məktəbi müdavimləri, İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin aqrar sahə üzrə tələbələrinə bu sahədə bilgilər vermək məqsədi daşıyıb.
Tədbirdə sahibkarlığın innovativ inkişaf yolları araşdırılıb, gənc təsərrüfatçıları maraqlandıran suallar cavablandırılıb.
Sahibkarlığın innovativ inkişaf yolları araşdırılıb
İsmayıllı RİH-nin əməkdaşı Rövşən Şirəliyev, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tədbirdə iştirak edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz