Qarşımızda daha böyük vəzifələr durur

23 iyul 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının “2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları”na həsr olunmuş hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağının işində Milli Məclisin deputatları Novruzəli Aslanov, Ərəstun Cavadov, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, təhsil işçiləri və ictimaiyətin nümyəndələri iştirak ediblər.
Qarşımızda daha böyük vəzifələr dururRayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov 6 ayda rayonda görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Məruzə ətrafında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İsmayıllı rayonu üzrə Maliyyə İdarəsinin rəisi Radim Müslümov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Г‡ingiz Əliyev, Telekommunikasiya Qovşağının rəisi Elxan Əliyev, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov, millət vəkilləri Novruzəli Aslanov və Ərəstun Cavadov fikirlərini ifadə ediblər.
Hesabat yığıncağında görülmüş işlər və qarşıda duran vəzifələr geniş şəkildə təhlil edilib, qərar layihəsi əlavə və dəyişikliklərlə qəbul olunub.
Yığıncaq gedişi canlı olaraq rayon mərkəzində yeni quraşdırılmış monitor vasitəsi ilə əhaliyə çatdırılıb.
Məruzənin xülasəsni oxuculara təqdim edirik:

**
M.Sadıqov məruzəsinə 13 iyul 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdan bəzi məqamları diqqətə çatdırmaqla başlayıb. Azərbaycanın uğurla inkişaf etməsinin dinamik xarakter daşıdığını deyib. İnkişafı əks etdirən rəqəmləri diqqətə çatdırıb. Qeyri-neft, sənaye sektorunda istehsalın artdığını bildirib.
Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulub. Azərbaycan xarici investorlar üçün açıq, cəlbedici ölkə olaraq qalır. Bu il sərmayə qoyuluşunda xarici investisiyalar üstünlük təşkil edir. Bu çox müsbət haldır. Г‡ünki Azərbaycanın investisiyalar üçün cəlbedici ölkə olduğunu və xarici sərmayənin burada lazımi səviyyədə qorunduğunu təsdiq edib.
Məruzədə 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılması, onlardan 48 mininin daimi iş yerləri olduğu bildirilib.
M.Sadıqov qeyd edib ki, “Bakı-2015” I Avropa Oyunlarına ev sahibliyi etməsi ilə Azərbaycan dövləti bir daha dünya idman hərəkatının öncüllərindən olduğunu təsdiq etdi. Avropa Oyunları böyük və möhtəşəm idman yarışı olmaqla yanaşı, sülhü, humanizmi, insanpərvərliyi, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı dialoqu, tolerantlığı, multikulturalizmi özündə ehtiva edən çox zəngin xarakter daşıdı.
Azəbaycanın bugünkü zənginliyi, sosial-iqtisadi inkişafı bizi istəyənləri də, istəməyənləri də heyrətə gətirdi. Bakı dünyanın maraq mərkəzinə çevrildi, tanındı, sevildi.
17 gün davam edən I Avropa Oyunları ölkəmiz üçün iqtisadi baxımdan da çox böyük əhəmiyyət daşıdı, Azərbaycana iqtisadi maraqlar artdı, xarici investorların gələcək planlarında Azərbaycan özünə əhəmiyyətli yer tutdu. Avropa Oyunlarını izləyən turistlər Odlar yurdunun qədim tarixi ilə tanış oldular, milli adət-ənənələrimizə, qonaqpərvərliyimizə valeh olduqlarını etiraf etdilər.
Azərbaycan 21 qızıl, 15 gümüş, 20 bürünc medala sahiblənməklə bu möhtəşəm yarışmada qitənin ikincisi oldu. Bütün bunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsi, ölkə Prezidentinin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsinin nəticəsidir.
Məruzəçi bildirib ki, bu ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və ümumilikdə 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda cənab Prezident ölkə qarşısında duran önəmli sahələri qeyd edərək proqram xarakterli vəzifələr irəli sürüb. Qarşımızda daha böyük vəzifələr durur
Qarşımızda daha böyük vəzifələr durur
Respublika Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqları 2015-ci ilin birinci yarısında İsmayıllıda da müvəffəqiyyətlə həyata keçirilib. 6 ay ərzində rayonda 75 milyon 729 min manat məbləğində ümumi məhsul istehsal olunub. Ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 milyon 511 min manat artıb. Bu artım sənaye sahəsində 1,8 faiz, kənd təsərrüfatında 4,1 faiz, tikintidə 4,9 faiz, nəqliyyatda 4,5 faiz, rabitə sahəsində 2,9 faiz və ticarətdə 12,2 faiz təşkil edib.
Hesabat dövründə əsas kapitala investisiya qoyuluşu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artıb. 5 milyon 824 min manat dəyərində əsas fondlar istifadəyə verilib ki, bu da keçən illə müqayisədə 5,3 dəfə çoxdur. Pərakəndə əmtəə dövriyyəsində 6 milyon 928 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 360 min manat artım əldə olunub.
Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 17 manat artaraq, 273 manata çatıb.
Hesabat dövründə rayon büdcəsinin gəlirlər hissəsi 10 milyon 58 min 459 manata qarşı 10 milyon 748 min manat icra olunub. Büdcə gəlirlərinin icrası 107 faiz təşkil edib. Yerli mənbələrdən proqnoz üzrə 2 milyon 625 min 480 manata qarşı 2 milyon 375 min manat (90 faiz) vəsait daxil olub.
6 aylıq məxaric proqnozu 10 milyon 58 min 459 manata qarşı 9 milyon 513 min 896 manat, 544,6 min manat kəsrlə icra edilib.

Ötən 6 ay ərzində tikinti-quruculuq işləri davam etdirilib. Yaşayış evləri, inzibati binalar, yollar tikilib və ya əsaslı təmir olunub. Şəhərin Heydər Əliyev prospektində vaxtı ilə sahibkarlar tərəfindən primitiv şəklidə inşa olunan mağazaların əvəzinə küçənin digər hissəsində daha müasir binaların tıkintisi başa çatmaq üzrədir. Həmin ərazidə 1000 millimetrlik diametri olan beton borularla drenaj xətti qurulur. Tədbirlərin icrası ilə prospektə şəhərin tələblərinə uyğun görkəm veriləcəkdir.
Primitiv görkəmi ilə şəhərin ümumi mənzərəsinə xələl gətirən obyektlərin yenidən qurulması və bazar yaxınlığında nəqliyatın nizamsız hərəkətini sistemləşdirmək üçün ərazidə “Saat meydanı”nın inşası nəzərdə tutulur. Bu məqsədlə rayon İcra Hakimiyyətində ictimaiyyətin iştirakı ilə “İsmayıllı şəhərinin arxitektura durumu, problemlər və vəzifələr” mövzusunda müzakirə keçirilib. Bazar ətrafında primitiv tikililərdə fəaliyyət göstərən sənətkarlar üçün, yeni sənətkarlıq bazarının yaradılması, meydanın ətrafında olan bütün obyektlərin yeni müasir fasad üzlükləri ilə üzlənməsi nəzərdə tutulub.
Rayonun sosial-iqtisadi həyatında mühüm rol oynayacaq bir sıra layihələrin 2015-ci ildə icrası davam etdirilib.
Məruzədə sənaye inkişafının diqqət mərkəzində olması bildirilib. Velosiped istehsalı zavodunun bu il açılışı nəzərdə tutulub. Hal-hazırda tikinti işləri davam etdirilir.
Yaxın vaxtlarda rayonda “Sənaye mərkəzi” yaradılacaqdır. Sənaye mərkəzini Velosiped zavodunun yaxınlığlnda, dövlət mülkiyyətində olan sahədə yaradılması nəzərdə tutulur.
İş adamları tərəfindən bu sahəyə təşəbbüskarlığın zəifliyi açıqlanıb.
Şəhərdaxili və yaşayış məntəqələrini birləşdirən yolların yenidən qurulması və asfalt örtük vurulması davam etdirilir. Küçələrdə səkilər tikiləcək və işıqlandırma sistemi quraşdırılacaqdır. Hazırda küçələrin asfaltlaşdırılması davam etdirilir.
Turizmin inkişafı ilə bağlı rayonda əsaslı layihələrin icrasına başlanılıb. Lahıc qəsəbəsində “İcma bazarı”nın, şəhərin Nizami küçəsində otelin, və digər istirahət obyektlərinin tikintisi başa çatmaq üzrədir.
Ölkədə bu il “Kənd təsərrüfatı ili” elan olunub. Rayonda aqrar sektorun inkişafına böyük diqqət yetirilir. Rayonda kənd təsərrüfatında ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 521 min manat artıb. Rayonda 2014-cü ilin payızında əkilmiş 28445 hektar payızlıq taxıl sahələrinə aqrotexniki qaydalara uyğun qulluq olunub. Biçin vaxtında və diqqətlə aparılıb. Nəticədə ilk dəfə olaraq rayon tarixində rekord səviyyədə, 102 min ton taxıl istehsal olunub. Dəmyə şəraitdə hər hektardan 36,7 sentner məhsul alınıb. Bunun son nəticə olmadığı qeyd olunub. Kəndlərdə əkin dövriyyəsinə cəlb olunmamış torpaq sahələrinin olduğu, bəzi iş adamlarının əkinə yararlı sahələri alması və istifadəsiz saxlaması bildirilib. Həmin torpaqların əkin dövriyyəsinə cəlb olunacağı vurğulanıb.
Hesabat dövründə rayonda 3618 hektar sahədə yazlıq bitkilər, o cümlədən 684 hektar sahədə dənli-paxlalılar, 370 hektar sahədə günəbaxan, 1586 hektar sahədə kartof, tərəvəz və bostan bitkiləri, 955 hektar sahədə yem bitkiləri əkildiyi söylənilib. İlkin nəticələr göstərir ki, bu il yazlıq bitkilərin məhsuldarlığı da yüksək olacaqdır. Üzümçülük və meyvəçilik rayon iqtisadiyyatının ən gəlirli sahələridir. Hazırda rayon üzrə 934 hektar üzüm bağı və 1158 hektar meyvə bağı vardır.
Rayonda 2014-cü ilin yanvar ayından Avropa İttifaqı və Almaniyanın “Dünyaya çörək” təşkilatının maliyyə dəstəyi ilə Aqro İnformasiya Mərkəzinin icra etdiyi “FİLİZ” layihəsi fəaliyyət göstərir. Layihənin məqsədi kənd təsərrüfatı məhsulları istehsal edən beş yüz aztəminatlı ailəyə gəlirlərin artırılmasına dəstək göstərməkdir. Eyni zamanda hədəf qrupları sahibkarlıq, idarəçilik və marketinq sahəsində bilik və bacarıqlar əldə etməsi üçün müvafiq tədbirlər də görülür. 7 kənddə 14 qrupdan ibarət 140 nəfər fermer layihəyə cəlb olunub. Layihə çərçivəsində pomidor bitkisinin açıq və örtülü sahədə becərilməsi üzrə 7, çiyələk bitkisinin becərilməsi üzrə 3, arıçılığın inkişafı üzrə 3 və heyvandarlıqda müqayisəli yemləmə üzrə 1 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində qruplara müvafiq olaraq avadanlıq və əkin materialı verilib.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli, 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında səpilmiş 17269 hektar payızlıq buğda səpininə görə 5260 nəfər istehsalçıya 690,8 min manat kompensasiya hesablanıb və aprel ayından vətəndaşlara ödənilib.
Bu il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı daha da gücləndirilib, ödəniləcək kompensasiya 25 faiz artırılıb. İyun ayında 6358 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 27387 hektar əkin sahəsinə görə 1 milyon 397 min 861 manat kompensasiya hesablanıb, sənədlər hazırlanaraq Respublika Komissiyasına təqdim edilib.
Heyvandarlıq kənd təsərrüfatında aparıcı sahələrdən biridir. Hesabat dövründə iribuynuzlu mal-qaranın baş sayı 51 min 386 başa, xırda buynuzlu heyvanlar 178 min 694 başa çatdırılıb, 2638 ton diri çəkidə ət, 17522 ton süd, 7 milyon 378 min ədəd yumurta istehsal olunub. Bütün göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yüksəlib.
2015-ci ilin altı ayı ərzində Dövlət Baytarlıq Müfəttişliyinin, İsmayıllı “Aqroservis” filialı və Aqrokimya, Meşə Mühafizəsi və Bərpası, 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin işi qənaətbəxş sayılıb. Mövcud çatışmazlıqların aradan qaldırılması tövsiyə olunub.
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən hesabat dövründə daşqın və selə qarşı çay məcralarının lil və çınqıldan təmizlənməsi məqsədilə 154 min kub metr, çay məcralarının təmizlənməsi prosesində 99 min kub metr buldozer, 65 min kub metr isə ekskovator işi görülüb.
Podratçı təşkilatçılar tərəfindən Lahıc qəsəbəsinin sel sularından mühafizəsi üçün 100 metr uzunluğunda daş-beton bəndin tikintisinə başlanılıb.
Rayonda ağac əkini və yeni yaşıllıqların salınmasına və mühafizəsinə diqqət daha da artırılmışdır. İdarə və təşkilatlar könüllü olaraq iməciliklər təşkil edilib. Ümumilikdə yol kənarlarında, şəhər və bələdiyyə ərazilərində 18 mindən çox ağac əkilib.
Süni qiymət artımının qarşısının alınması məqsədilə bayramlar ərəfəsində şəhərin müxtəlif ərazilərində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilib. Yarmarkalarda əhaliyə bazar qiymətlərindən 25-30 faiz aşağı qiymətlərlə kənd təsərrüfatı məhsullarının satışı təmin olunub.
6 ay ərzində sənaye sahəsində 2 milyon 427 min manat dəyərində məhsul istehsal edilməklə 1,8 faiz artım əldə olunub. Hazırda sənayenin inkişafı üçün əsaslı tədbirlər həyata keçirilir. Yeni müəssisələrin istifadəyə verilməsi ilə sənaye məhsulları istehsalında yaranmış durğunluğa son qoyulacaq.
Bu il 37 nəfər sahibkara Sahibkarlığa Kömək Fondu tərəfindən 520 min manat məbləğində güzəştli şərtlərlə kredit verilib və nəticədə 70 nəfər işlə təmin edilib.
İsmayıllı Qaz İstismar sahəsi icra etdiyi bir sıra uğurlu işlərlə yanaşı 6 ay ərzində abonentlərə 18 milyon 786 min 887 kub metr qaz satıb. Satılan qazın dəyəri isə 93,6 faiz ödənilib. Sahəsinin rəhbərliyinə yığımın 100 faizə çatdırılması üçün işdə dönüş yaradılması tapşırılıb.
Rayonda hələ qazlaşdırılmayan xeyli yaşayış məntəqələrinin olduğu, həmin yaşayış məntəqələrinin qazlaşmasını sürətləndirmək məqsədilə əsaslı tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Hesabatda cari ilin ötən dövrü ərzində İsmayıllı Elektrik Şəbəkəsi, İsmayıllı “Sukanal” idarəsi tərəfindən əhaliyə göstərilən xidmətə də geniş yer ayrılıb. Görülmüş işlər sadalanmaqla yanaşı hər iki idarənin fəaliyyətindəki nöqsanlar da nəzərə çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 6 ay ərzində 1077 ailənin 5438 nəfər üzvünə ünvanlı sosial yardım təyin olunub. Adambaşına düşən orta aylıq məbləğ 30 manat 72 qəpik, bir ailəyə düşən orta aylıq məbləğ 138 manat 28 qəpik təşkil edib. Ünvanlı sosial yardım almaq hüququ olanlara yardım təyin edilməsi davam etdirilir.
Son məlumata əsasən rayonda 3924 nəfər vətəndaş müxtəlif təyinatlı sosial müavinət alır. 6 ayda sosial müavinətlərin ödənilməsinə 1 milyon 650 min manat ödəniş aparılıb. Г‡ernobıl qəzasında əlil olan 35 nəfər vətəndaşa 6825 manat müalicə xərci, cəzaçəkmə müəssisələrindən azad edilmiş 20 nəfər vətəndaşa 8400 manat məbləğində birdəfəlik müavinət ödənilib.
DSMF tərəfindən birinci yarımillikdə pensiya və müavinətlər vaxtında ödənilib. Məcburi dövlət sosial sığorta haqları 91,7 faiz icra olunub. Əhaliyə pensiya və müavinətlərin ödənilməsinin başlıca maliyyələşmə mənbəyi olan sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqlarının tam və müəyyən olunmuş müddətdə yığılmasının təmin olunması üçün DSMF-yə təsirli tədbirlər görməsi tapşırılıb.
Məruzədə rayon Məşğulluq Mərkəzi tərəfindən əhalinin məşğulluğunun təmin olunması üçün müvafiq tədbirlər davam etdirildiyi diqqətə çatdırılıb. Rayon əhalisi arasında işsizliyin aradan qaldırılması üçün hələ çox iş görülməsinin zəruriliyi qeyd olunub. 14 aprel 2015-ci il tarixdə keçirilən “Əmək yarmarkası”nda 222 nəfəri işlə təmin edilib. İyul ayının 25-də bu ilin ikinci “Əmək yarmarkası”na 398 iş yeri çıxarılması nəzərdə tutulub. Nəticədə bu il rayonda işsiz vətəndaşların sayı xeyli azalacaqdır. Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 334 min kvadrat metr sahəsi olan küçə və meydanlara, 25,8 hektar yaşıllıq sahəsinə qulluq edir, küçələrdə 4509 ədəd işıqlandırma nöqtəsinə nəzarəti həyata keçirir. 6 ayda 260,8 min manat dəyərində kommunal xidmət göstərilmişdir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 min manat çoxdur. Əhaliyə göstərilən pullu xidmət də artmışdır. Görüləsi işlərin hələ də çox olduğu məruzədə əksini tapıb. Şəhərin təmiz saxlanması üçün bütün imkanlardan maksimum istifadə olunması qeyd olunub.
Mənzil İstismar Sahəsinin xidmətində 1247 ailə yaşayan 978 mənzil vardır. Əhaliyə 3332 manat dəyərində mənzil-kommunal xidməti göstərilib. Birinci yarımillikdə Heydər Əliyev prospekti və Cavanşir küçəsində mənzil fonduna daxil olan ümumi yaşayış binalarının dam örtüyündə 76,3 min manat dəyərində təmir işləri görülüb. M.F.Axundov küçəsində yerləşən 15 və 17 nömrəli binaların fasadı müasir memarlıq üslubunda təmir edilib. Görülən işlərə baxmayaraq təşkilatın maliyyə vəziyyəti qənaətbəxş deyildir. Hazırda 7550 manat debitor, 5258 manat kreditor borcu vardır.
İsmayıllı Poçt filialının 1 müştəri xidməti, 1 şəhər və 25 kənd şöbəsi əhaliyə və təşkilatlara müxtəlif adda poçt və maliyyə xidməti göstərir. 6 ayda taarif gəlirləri proqnozu 102 min manata qarşı 111,8 min manat və ya 109,6 faiz yerinə yetirilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,6 min manat çoxdur.
Bu il İvanovka, Qalagah, Ruşan və Qalacıq kəndlərində poçt şöbələri tikilib istifadəyə verilib.
İsmayıllı Telekommunikasiya Qovşağı 6 ayda 424,6 min manat gəlir əldə edib. 146 mənzilə yeni telefon çəkilib, 53 abunəçinin telefon xətti yenidən bərpa edilib. Hesabat dövründə ATS-ə 896 portluq genişzolaqlı internet avadanlığı və telefon abunəçilərinin sayının artırılması üçün 32 nömrəlik kart alınıb quraşdırılıb. Hazırda 3488 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edir.
Qarşımızda daha böyük vəzifələr durur
Qarşımızda daha böyük vəzifələr durur
Hesabatda qeyd olunub ki, rayonda əhaliyə göstərilən nəqliyyat xidməti əsasən “İsmayıllı-Avtonəqliyyat” ASC tərəfindən həyata keçirilir. Müəssisə tərəfindən şəhərdaxili sərnişin daşınmasında qayda yaradılmış, avtobus marşrutunun ümumi uzunluğu artırılaraq 720 kilometrə çatdırılıb. Yanvar ayından şəhərin Mican-Aşağıbaş istiqamətində əlavə avtobus marşrutları açılıb.
6 ay ərzində rayonda fəaliyyət göstərən 12 bank və kredit təşkilatları tərəfindən 10 milyon 609 min manat kredit verilmişdir. Təəssüf doğuran haldır ki, kreditin cəmi 2 milyon 989 min manatı kənd təsərrüfatı və digər təsərrüfat sahələrinin inkişafı üçün, qalan kredit isə əsasən istehlak məqsədi ilə götürülmüşdür. Etiraf etmək lazımdır ki, kreditin faizi yüksək olduğu üçün əhalinin aztəminatlı təbəqəsinin istehlak məqsədilə götürdüyü kredit son nəticədə onların maddi durumunun daha da pisləşməsinə səbəb olur.
Aparılan islahatlar, həyata keçirilən elmi-pedaqoji tədbirlər nəticəsində zəngin maarifçilik ənənələrinə malik olan rayon təhsili 2015-ci ilin 6 ayında daha da inkişaf edib. Məktəblərin maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, təhsilin müasir standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. 2014-cü ilin rayonda “İnnovativ təlim-texnologiya ili” elan olunması rayonun ümumtəhsil məktəblərinin İnformasiya Kommunikasiya Texnologiyaları ilə təminatı və innovasiyaların tətbiqi sahəsində irəliləyişlərə səbəb olub. Məktəblərdə 1044 ədəd kompüter, 100-dən çox proyektor, 35 ədəd elektron lövhə şagirdlərin istifadəsindədir. 36 məktəbdə internetə çıxış vardır. Rayon üzrə hər 11 şagirdə 1 kompüter düşür. Hazırda Rayon Təhsil Şöbəsinə 334 ədəd müasir tipli kompüter gətirilib. Onlar da yeni dərs ilinin başlanmasına qədər təhsil müəssisələrinə paylanacaq.
Cari ildə keçirilən respublika və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, idman yarışlarında şagirdlər yüksək uğurlar qazanıb. İstedadlı şagirdlər fənn olimpiadalarında yüksək bilik nümayiş etdirib, olimpiadanın final mərhələsində 5 nəfər şagird qaliblər sırasında yer tutub.
Beynəlxalq onlayn olimpiadasında şəhər 1 nömrəli tam orta məktəbinin 5 nəfər şagirdi ingilis dili fənni üzrə, 9 nəfər şagirdi tarix fənni üzrə, 14 nəfər şagirdi riyaziyyat fənni üzrə birinci yeri tutub.
AFFA-nın keçirdiyi futbol üzrə 13 yaşlı qızlardan ibarət komandaların respublika birinciliyində Hacıhətəmli kənd tam orta məktəbinin “Babadağ” komandası I yerə çıxıb.
Yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonumuzun 10 nəfər məktəblisi mart ayında Naxçıvanda olmuş, Naxçıvanın tarixi, təbiəti və abidələri ilə tanış olmuş, ölkəmiz haqqında biliklərini genişləndirmişlər.
Ümumtəhsil məktəblərinin yeni dərs ilinə hazırlıq vəziyyətini öyrənmək, təhsil müəssisələrinə lazımi köməklik göstərmək məqsədilə RİH başçısının 17 iyun tarixli, 87 nömrəli sərəncamı ilə yaradılmış komissiya ümumtəhsil məktəblərində, uşaq bağçaları və körpələr evində monitorinqlər aparıb, nəticələr ümimiləşdirilərək tədbir görülmək üçün komissiyaya təqdim edilib.
Məruzədə təəssüflə qeyd olunub ki, 2015-2016-cı dərs ili üçün 41 məktəb üzrə 77 fənn müəlliminə ehtiyac vardır. Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, coğrafiya, biologiya və digər əsas fənlər üzrə müəllim olmayan məktəblərdə təhsilin keyfiyyəti də aşağı səviyyədədir. Ona görə də məktəblərin fənn müəllimləri ilə təmin olunması üçün Rayon Təhsil Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat təqdim olunub.
Rayonun tibbi xidmət şəbəkəsi 160 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasından, hərəsi 15 çarpayılıq olmaqla Lahıc qəsəbə və İvanovka kənd xəstəxanalarından, 500 gəlişli RMX-nın poliklinika şöbəsindən, 50 gəlişli uşaq poliklinikasından, 11 kənd həkim və 24 tibb məntəqəsindən, Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir.
Rayonun səhiyyə sektorunda 119 nəfər həkim, 335 nəfər orta tibb işçisi çalışır. Əhalinin hər on min nəfərinə 14 həkim, 41 orta tibb işçisi və 22,6 çarpayı düşür.
Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra tam gücü ilə işləyir. Əhaliyə göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir.
Ölkə rəhbərinin tapşırığına uyğun olaraq 2015-ci ilin fevral ayından başlayaraq may ayının 1-nə qədər rayonda əhalinin tibbi müayinədən keçirilməsi uğurla aparılıb. 68645 nəfər tibbi müayinədən keçirilib, onlardan 1477 nəfəri ambulator, 179 nəfəri stasionar müalicəyə cəlb olunub.
Hesabat dövrü ərzində 519 nəfər uşaq doğulması sevindirici hal kimi qeyd olunub. Uşaqlar arasında profilaktiki peyvəndlər təqvim planına uyğun, vaxtında aparılıb.
Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən kommunal, ticarət, ictimai iaşə, təhsil və uşaq müəssisələrində sanitariya nəzarəti həyata keçirilmişdir. 6 ay ərzində 32 sahibkarlıq subyektində yoxlama aparılmış, 6 nəfər barədə cərimə tədbiri görülmüşdür. Aşkar olunan digər nöqsanlar aradan qaldırılıb.
Rayonda Mədəniyyət və Turizm sisteminə daxil olan 7 yaradıcılıq evi, 26 klub, 49 kitabxana, 1 Uşaq İncəsənət məktəbi, Lahıc və Basqal Tarix-Mədəniyyət Qoruqları, İsmayıllı və Lahıc Tarix-Diyarşünaslıq Muzeyləri, Heydər Əliyev Mərkəzi və İsmayıllı Dövlət Rəsm Qalareyası fəaliyyət göstərir. 2015-ci ilin ötən dövrü ərzində Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən çoxsaylı mədəni-kütləvi tədbirlər həyata keçirilib. Bakı şəhərində keçirilən respublika əhəmiyyətli sərgi və tədbirlərdə Şöbə rayonumuzu yüksək səviyyədə təmsil edib.
Dövlət tədbirlərinin, tarixi günlərin, əlamətdar hadisələrin, milli bayramların, və digər tədbirlərin təşkili və keçirilməsində rayon Mədəniyyət və Turizm Şöbəsi yaxından iştirak edib. Azsaylı xalqların, etnik qrupların milli-mədəni irsi daim diqqətdə saxlanmış, folklor qruplarının çıxışları təşkil edilib.
Son illər rayona gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb, 2015-ci ildə bu göstəricinin daha çox olacağı gözlənilir.
Görülmüş işlərlə yanaşı mədəni-maarif müəssisələrinin və turizm obyektlərinin fəaliyyətində problemlər, nöqsan və çatışmazlıqlar olduğu da məruzədə yer alıb. Rayonda fəaliyyət göstərən 33 klub müəssisəsindən 3-ü, 49 kitabxanadan 2-si xüsusi layihə əsasında tikilib. Yeni kitabxana, klub və yaradıcılıq evlərinin tikilməsinə ciddi ehtiyac vardır. Kitabxanaların çoxu qəzalı vəziyyətdə olan binalarda yerləşir. Klubların, yaradıcılıq evlərinin ixtisaslı kadrlara ciddi ehtiyacı vardır. Mədəniyyət obyektlərində müasir avadanlıqların tətbiqi, onlardan istifadə imkanları çox aşağıdır. İstirahət mərkəzlərinin bir çoxu müasir tələblərə cavab vermir. Rayon İncəsənət Məktəbində tədrisin təşkili üçün normal şərait yoxdur, müasir tələblərə cavab verən binanın tikilməsi tələb olunur. Kadrların çoxu orta-ixtisas təhsillidir.
Rayonda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların düzgün həyat tərzi keçirməsi, zərərli vərdişlərdən uzaq olması, asudə vaxtının səmərəli keçirilməsi və intlekt səviyyəsinin artırılması istiqamətində silsilə tədbirlər həyata keçirilib. Gənc kadrların irəli çəkilməsinə, dövlət idarəçiliyinə cəlb edilməsinə xüsusi diqqət yetirilir.
Təsadüfi deyil ki, İsmayıllı Azərbaycanın “Gənclər paytaxtı” seçilib. Hesabat dövrü ərzində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən 51 tədbir keçirilib. Onlardan 13-ü Respublika, 4-ü region miqyaslı tədbirlərdir.
İdmançılarımız regional, Respublika və Beynəlxalq turnirlərdə müvəffəqiyyətlə çıxış ediblər. Yanvar ayında Qazaxıstanda keçirilən Cüdo üzrə Dünya kuboku yarışında Fəridə Qurbanova II yeri, Bakı şəhərində keçirilmiş şahmat üzrə XI Beynəlxalq həlletmə yarışında Ramil Cavadov III yeri qazanıb. Aprel ayında keçirilmiş Poverlifinq üzrə açıq Avropa çempionatında Kamil Qafarov 2 qızıl medala layiq görülüb, iyun ayında Riqa şəhərində keçirilmiş Avropa çempionatında 1-ci yeri tutub. Mart ayında Cüdo döyüş növləri üzrə VII Azərbaycan çempionatında rayonumuzu təmsil edən Afiq Hüseynov və Ceyhun Ağamalıyev I yerə, Təbriz Babayev və Rəhman Cəbiyev II yerə çıxıb. Digər idman növləri üzrə yarışlarında II-III yerlərə layiq görülmüş idmançılarımızın çox olduğu bildirilir. Hesabat dövründə Olimpiya-İdman Kompleksində velosiped idmanı bölməsi də fəaliyyətə başlayıb.
Rayonda müxtəlif dinlərə, milli və etnik qruplara münasibətdə əsl mənada tolerantlıq hökm sürür. “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun pozulması hallarına yol verilməyib. Milli və dini zəmində hər hansı konfilikt, qarşıdurma və ya ziddiyyət baş verməyib. Cari ilin ötən dövrü ərzində rayonda çoxsaylı ictimai-siyasi tədbirlər yüksək səviyyədə qeyd olunub.
İctimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin qanuni əsasda təşkili, insanların sosial həyatının zənginləşdirilməsi rayon İcra Hakimiyyətinin gündəlik diqqətində olub. Rayon İcra Hakimiyyətində əhalinin qəbulu, onları narahat edən problemlərin həllinə diqqət daha da artırılıb. Hesabat dövründə rayon İcra Hakimiyyətində, eləcə də, yaşayış məntəqələtində görüş-qəbullar keçirilib, əhalini narahat edən problemlər öyrənilib və aradan qaldırılıb.
Problemlərin daha çevik öyrənilməsi və tədbir görülməsi məqsədilə rayon İcra Hakimiyyətinin 164 nömrəli daimi qaynar xətti fəaliyyət göstərib.
Məruzənin sonunda bildirilib ki, 2015-cü ildə Azərbaycanın uğurlu gələcəyi naminə qarşımızda daha məsul və yerinə yetirilməsi vacib olan çox böyük vəzifələr durur. Möhtəşəm vəzifələrin həyata keçirilməsində, milli maraqlar üzərində qurulmuş iqtisadiyyatın inkişafında, insanların daha firavan yaşaması yolunda ismayıllılar həmişə öndə gedəcəklər. Rayonda ölkə rəhbərinin tövsiyə və tapşırıqları, Dövlət Proqramları uğurla icra olunacaq, əhalini narahat edən məsələlər qısa vaxtda öz həllini tapacaqdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz