Müasir dövrdə valideyn, müəllim, şagird və İKT dördbucağı

“İndiki gənclər heç sözə baxmırlar, böyük kiçik yeri bilmirlər, insanlara qayğısız və hörmətsiz yanaşırlar. Belə gedərsə, sonumuz necə olacaq?”
P.S. Eramızdan əvvəl II minillikdə Misir kahininin firon Tutanxamona məktubundan.
Həyatın inkişaf dialektikası inkarı –“ inkar üzərində qurulub. Hər yaşlı nəsil özündən sonrakı gənclərdən narazıdır, çalışır öyrətsin, dəyərlər, ənənələr yaşansın. Hər gənc nəsil də həm özündən əvvəlkilərin bilik, bacarıq və vərdişlərini qəbul edir, eyni zamanda bir çox ənənələri bəyənmir. Tarixən bu proses dialoq, tədris, məktəb, ailə vasitəsi ilə gənclərə ötürülürdü.
Müasir dövrdə valideyn, müəllim, şagird və İKT dördbucağı
İndi isə İKT – İnformasiya kommunikasiya texnologiyaları: Böyük bir uçurumun əsasını məhz bugünkü gənclərlə ( İKT bilən ) yaşlı nəsil arasında (İKT bilməyən) qoyub.
Onsuz da insanın xislətində pisə meyl körpəlikdən daha çox olur. Hər birimizi oddan qorxuzmaq üçün uşaqlıqda “cızza”, “uffa” deyilsə də, yalnız əlimiz yandıqda bunu başa düşürük.
Gənclər İKT-nin “olmaz” deyilən çalarlarına daha çox meyillidirlər. Evlərdə bir dam altında atanın övladının hansı virtual aləmdə yaşadığından xəbəri yoxdur. Gənclərin çoxu üçün onun NİK-nin başqasının bilməsi faciə olur. Gənclər nəzarətsiz, sərbəst, vəhşiliklərin, qəddarlıqların, tərbiyəsizliyin, terror çağırışların, avtoşluğun, yalançı informasiyanın baş alıb getdiyi bir qorxulu aləmə düşürlər. Bu təcrübəsiz gənclər çox əla xammaldırlar. Axı bu virtual aləmdə müəllim, ailə nəzarəti tövsiyəsi yoxdur. Yalandan “18 yaşım var” düyməsini basmaqla, istənilən sayta daxil ola bilər. Bu isə : … Tez-tez avtomobil qəzaları olur, sükan arxasında oturan, əvvəllər ”virtual” aləmdə maşın, tank, digər texnikalar “idarə” etmiş gəncə elə gəlir ki, real aləmdə də maşın aşarsa, yenisini “II can” götürüb sürmək olar. Reallıqda isə avtomobil qəzası özü və avtomobildəkilər üçün faciədir.
Virtual aləmdə “Kozinoda” qumar oynayan gənc uduzarsa, əlavə vəsait götürür. Reallıqda isə “qumarda” uduzan gəncin heç bir vəsaiti yoxdur, əsəbləri zəif olduğundan intihara onsuz da meyillidir.
Suriyaya gedən gənclər : Qəddar kompyuter oyunları onlara ləzzət verir. Reallıq –“ özü bir güllənin qurbanı –“ “ NİK ”-in ikinci canı yoxdur, ailə – uşaq odlu alovlu döyüş meydanında vətəndən uzaqda yiyəsizdir.
Təbii ki, cəmiyyətin inkişafında texnologiyanın inkişafı danılmazdır, müsbət tərəfləri həddən ziyadədir. Lakin gənclərin İKT vərdişlərinə yiyələnməsi, nəzarətli, istiqamətli və tədrici sivil qaydada olmalıdır.
Yaşlı və orta nəsil bugünkü nəsil də İKT-yə yiyələnməlidir. Г‡ünki iki nəsil arasında rabitənin itməsi gələcəkdə çox fəsadlara səbəb olar. (Bugünkü fəsadların bəzilərini sadalamağa çalışdıq) Təklif edərdim ki, qəzetinizdə İKT bilikləri ilə bağlı savadlandıran “rubrika” açılsın. Axı gəncləır öz İKT bilik və bacarıqlarını yaşlılara çox xəsisliklə öyrədir, adətən isə heç öyrətmirlər. Düçar olduqları maniyanın, xəstəliyin özünü də “qazanc” bilirlər. Saatlarla kompyuter qabağında oturan gəncin fiziki inkişafı da məhdudlaşır. Aparılan tədqiqatlar bunu sübut edir. Bu isə gələcək ailələrin də dünyaya gələcək körpələrin də taleyini, varlığını sual altında qoyur.
Etibar Abdulov,
şəhər 7 nömrəli tam orta məktəbinin direktoru, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru

Şərh Yaz