Gənclərlə yaşlılar arasında yarış

Bakıda keçirilən I Avropa Oyunlarına dəstək məqsədilə Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon Komitəsi və stolüstü oyunlar üzrə rayon federasiyası ilə birgə 17 iyun 2015-ci il tarixdə çay evində gənclərlə yaşlılar arasında şahmat və nərd üzrə rayon birinciliyi keçirdi. Gənclərlə yaşlılar arasında yarış
Yarışı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq iştirakçıları salamladı, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin önəmindən bəhs etdi, böyük uğur münasibətilə hər kəsi təbrik etdi və Avropa Oyunlarında yarışacaq iki idmançımıza- Günel Həsənliyə və Fəridə Qurbanovaya uğur dilədi. ATİAHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov da öz növbəsində ardıcıl qələbələrimizdən hədsiz sevinc içərisində olduğunu bildirdi, idmançılara, rayon turniri iştirakçılarına uğur dilədi.
Yarış 50 nəfərin iştirakı ilə gərgin mübarizə şəraitində keçdi. I yeri Bəhruz Səfərəliyev, II yeri Namiq Kərimov, III yeri isə Bəhruz Qardaşov qazandı. Qaliblər rayon Gənclər və İdmann İdarəsinin diplom və medalları, Həmkarlar Komitəsinin qiymətli hədiyyələri ilə mükafatlandırıldı.
Erməni ilə döyüşən güləşçimizin qələbəsindən sevinci tüğyan edən yarış iştirakçıları oyunları dayandıraraq qalib idmançımızı uzun müddət alqışladılar.
Şəhla Ramazanqızı

Şərh Yaz