Bayramqabağı yarmarkalar

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları artıq rayonumuzda ənənəvi hal almışdır.
Bayramqabağı yarmarkalarBayramqabağı yarmarkalar

Bayramqabağı yarmarkalar

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları artıq rayonumuzda ənənəvi hal almışdır.
Yeni ilin gəlişi münasibətilə keçirilən yarmarkalar 26 dekabr 2014-cü il tarixdən 31 dekabr 2014-cü il tarixədək davam etdiriləcəkdir. Keçirilən yarmarkalarda rayon fermerlərinin, kənd təsərrüfatı məhsulları istehsalçılarının, quşçuluq müəssisələrinin, eləcə də Nikitin adına kolxoz əməkçilərinin məhsulları satışa çıxarılır.
Yarmarka sanki geniş çeşidli məhsullarla bayram süfrələrini bəzəməyə çalışır. Belə ki, yarmarkada meyvə-tərəvəz, bal, ət, süd, balıq və digər məhsullar bazar qiymətlərindən 25-30 faiz aşağı olmaqla alıcılara təklif edilir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz