Üç günlük kurs başa çatdı


“Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında 86 saylı DSK-nın üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslar keçirilmişdir. Kursda 66 seçki məntəqə sədri və DSK-nın üzvləri iştirak edirdilər. Kursu giriş sözü ilə 86 saylı İsmayıllı DSK-nın sədri Əlirəmzi Məhərrəmov açmışdır.

Üç günlük  kurs  başa çatdıÜç günlük kurs başa çatdı

“Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında 86 saylı DSK-nın üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslar keçirilmişdir. Kursda 66 seçki məntəqə sədri və DSK-nın üzvləri iştirak edirdilər. Kursu giriş sözü ilə 86 saylı İsmayıllı DSK-nın sədri Əlirəmzi Məhərrəmov açmışdır.

Üç günlük  kurs  başa çatdı

Kursda RİH başçısının birinci müavini Rövşən Ağayev və ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov “Seçki siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrin qurması” mövzularında məruzə etmişlər.
“Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri” mövzusunda rayon məhkəməsinin sədri Azad Əliyev məruzə etmişdir.
“Seçki siyahıları ilə iş qaydası və seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri mövzusunda” MSK-nın nümayəndələri çıxış etmişlər.
“Seçki siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri” mövzusunda rayon polis şöbəsinin nümayəndəsi çıxış etmişdir.
“Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və növləri” mövzusunda rayon prokurorunun müavini Fərid Dadaşov məruzə etmişdir.
Sonda “Bələdiyyə seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə MnSK-nın fəaliyyətinin təşkili və vəzifələri” mövzusunda DSK-nın sədri Əlirəmzi Məhərrəmov və DSK-nın katibi Yaqub Hacıyev məlumat vermişlər.
Üç günlük kurs uğurla başa çatdırılmışdır.
Hacıməmməd Məmmədov,
DSK-nın üzvü

Şərh Yaz