Silsilə bayram tədbirləri

Kürdmaşı kəndində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 23 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Silsilə bayram tədbirləriSilsilə bayram tədbirləri

Silsilə bayram tədbirləri

Kürdmaşı kəndində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 23 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rövşən Əliyev, Hafiz Mehdiyev, Yunis Məmmədov və Arif Qəmbərov çıxış edərək Azərbaycanın sözün həqiqi mənasında müstəqil dövlət kimi möhkəmlənməsinin əsasını ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdığını xüsusi vurğulayıblar. Bu gün ölkə müstəqilliyinin gerçək təminatçısı olan Prezident İlham Əliyevin yorulmaz fəaliyyətini qeyd ediblər.

*
Basqal qəsəbə tam orta məktəbində 18 Oktyabr – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbiri tədris işləri üzrə direktor müavini Yeganə Ağayeva açaraq şagirdləri və müəllimləri təbrik edib, dövlət müstəqilliyinin bərpa olunmasından, bu yolda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətindən danışıb. Azərbaycanın daha da inkişaf etməsində Ulu öndərin miras qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsini bildirib.
Sonra şagirdlərin təqdimatında maraqlı və zəngin bədii kompozisiyalar təqdim edilib.

*
İsmayıllı rayonu Hikmət Abbasov adına Qaraqaya kənd ümumi orta məktəbində 17 oktyabr 2014-cü il tarixdə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri məktəbin direktoru Asif Soltanov açıb. Direktor və məktəbin tarix müəllimi Aytəkin Əhmədova Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlətlərdən, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından, bu yolda ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən və onun layiqli davamçısı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətindən danışıblar.
Şagirdlər Azərbaycanımızın müstəqilliyinə, torpağa, Vətənə aid şeirlər oxuyublar.

*
18 Oktyabr – Dövlət Müstəqilliyi Günü ilə bağlı Talış kənd ümumi orta məktəbində tədbir keçirilib. Tədbirdə şagird və müəllimlərlə yanaşı, valideynlər də iştirak ediblər.
Şagirdlərin hazırladığı, Müstəqillik Günündən bəhs edən slaydlara baxılıb.
Məktəbin direktoru Seymur Abbasov çıxışında bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. O, ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasətdən danışılıb.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyaların göstərilməsi ilə davam edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz