Məqsədyönlü iş aparılır

YAP İsmayıllı rayon təşkilatı Cülyan kənd ərazi ilk partiya təşkilatında 15 sentyabr Təhsil bayramı münasibətilə müəllim və şagirdlərin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Cülyan kənd orta məktəbinin direktoru, ilk partiya təşkilatının sədri Eyvaz Mursalov açıb. O qeyd edib ki, 15 sentyabr respublikamızın bütün ümumtəhsil müəssisələrində “Bilik günü” kimi qeyd olunur. Yeniləşən, müasirləşən Azərbaycan təhsili məhz bu gün ömrünün növbəti bir ilinə qədəm qoyur.

Məqsədyönlü iş aparılırMəqsədyönlü iş aparılır

İlk təşkilat sədri bayram münasibətilə müəllimləri, valideynləri və şagirdləri təbrik edib, onlara yeni dərs ilində uğurlar, müvəffəqiyyətlər arzulayıb.
Məqsədyönlü iş aparılır
Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova iştirak və çıxış edib. O bildirib ki, təhsil hər bir xalqın milli intibahını təmin edən zəruri vasitədir. Eləcə də, cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı problemlərin həlli, ilk növbədə, bu sahənin tərəqqisindən keçir. Təhsilin inkişafı sahəsində mövcud ənənələrin milli məqsədə yönəldilməsi, bu ənənələrin müasir dövrün tələbləri səviyyəsində inkişafı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ə.Vahabova ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, təhsilin yeniləşdirilməsi istiqamətində də əsaslı tədbirlər həyata keçirilməsindən, ötən dövrdə Azərbaycan təhsilinin həm məzmun, həm də struktur baxımından yeniləşməsindən, bu sahədə beynəlxalq əlaqələrin genişlənməsindən və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyasının intensivləşməsindən danışıb.
Tədbirdə Cülyan kənd tam orta məktəbinin müəllimləri Pərviz Qədirov, İxtiyar Şabanov, Rafiq Orucov, Lumu Qayıbova və başqaları çıxış edərək bildirdilər ki, təhsil sahəsinə dövlət qayğısından bəhrələnməklə təhsil strategiyasını uğurla həyata keçirəcək, gənc nəslin vətənpərvər ruhda, onların elm, təhsil sahəsində daha böyük uğurlara nail olmaları üçün məqsədyönlü iş aparacaqlar.
Tədbirin sonunda birinci sinif şagirdlərinə məktəb ləvazimatları hədiyyə olunub.
İ.Əhmədli

Şərh Yaz