Həm şəhəri, həm də sağlamlığımızı qoruyaq


“Artıq XXI əsrdəyik”. Bu ifadəni tez-tez işlədirik, amma hansı məqamlarda? Əlbəttə ki, xeyrimizə olan məsələdə. Bəzən insanlardan elə hərəkətlər görürsən ki. Nəinki XXI, heç XIX əsrdə də belə şeylər etməzlər. Doğrudur, düşünərsiz ki, axı o dövrləri harda görmüşəm. Çox uzağa getmədən gözəl rayonumuzun qədim sənətkarlıq və mədəniyyət ocağı olan Lahıc qəsəbəsini göstərərəm və deyə bilərəm ki, burada belə şeylər olmayıb. Çünki Lahıcda hələ XIX əsrdə təmizliyə riayət edilib, hətta kanalizasiya xətti də çəkilib.
Həmişə şəhərlər sənətkarlıq, elm, mədəniyyət ocağı olaraq bilinib. Günü-gündən gözəlləşən, yeniləşən İsmayıllı şəhərində isə bunu görmək istəmirlər desəm, yanılmaram. Sözü çox uzatmadan əsas mətləbə keçmək istəyirəm.

Həm şəhəri, həm də sağlamlığımızı qoruyaqHəm şəhəri, həm də sağlamlığımızı qoruyaq
Yazı “Təmiz şəhər” layihəsi çərçivəsində hazırlanıb

“Artıq XXI əsrdəyik”. Bu ifadəni tez-tez işlədirik, amma hansı məqamlarda? Əlbəttə ki, xeyrimizə olan məsələdə. Bəzən insanlardan elə hərəkətlər görürsən ki. Nəinki XXI, heç XIX əsrdə də belə şeylər etməzlər. Doğrudur, düşünərsiz ki, axı o dövrləri harda görmüşəm. Çox uzağa getmədən gözəl rayonumuzun qədim sənətkarlıq və mədəniyyət ocağı olan Lahıc qəsəbəsini göstərərəm və deyə bilərəm ki, burada belə şeylər olmayıb. Çünki Lahıcda hələ XIX əsrdə təmizliyə riayət edilib, hətta kanalizasiya xətti də çəkilib.
Həmişə şəhərlər sənətkarlıq, elm, mədəniyyət ocağı olaraq bilinib. Günü-gündən gözəlləşən, yeniləşən İsmayıllı şəhərində isə bunu görmək istəmirlər desəm, yanılmaram. Sözü çox uzatmadan əsas mətləbə keçmək istəyirəm.
Həm şəhəri, həm də sağlamlığımızı qoruyaq
Səhər-səhər işə gəlirdim, nə görsəm yaxşıdır, yeni əkilmiş qazonları yeyən mal-qara. Gözlərimə inana bilmədim. Şəhərin mərkəzində, yeni salınan yaşıllıqda bu necə ola bilər axı. Və elə həmin an da anladım ki, nə qədər çalışırsan çalış bəzi insanlar yaradılan gözəllikləri zibilləmək üçün əllərindən gələni edirlər. Hələ bu harasıdır, bir müddət öncə şəhərdə keçirilən reyddə iştirak edirdim, gördüm ki, zibilliklərdə mal-qara otlayır, insanların yeməyib atdığı kiflənmiş çörək qırıntıları və yeməli nə varsa hamısını tapıb yeyir. İnsan belə vəziyyəti görəndə istər-istəməz gözünün qarşısında evdə bəh-bəhlə qəbul etdiyi ət, süd, qatıq, pendir yadına düşür və içində bu kimi hallara qarşı narazılıq hissi baş qaldırır. Hər birimizə məlumdur ki, belə yerlərdə qidalanan heyvanların əti, südü, qatığı sonradan satışa da çıxarılır. Bu sahədə bizdə ictimai qınağın azlığı isə bu işi görən vətəndaşlarda heç bir narahatlıq yaratmır və əməllərinə davam edirlər. Düşünürəm ki, heyvan nə qədər təmiz məhsulla qidalanarsa, onun südü də, əti də bir o qədər təmiz olar. Belə yerlərdə qidalanan heyvanlarda əlbəttə ki, müxtəlif xəstəliklərin törədicilərinin olması qaçılmazdır. Ümumiyyətlə qeyd edim ki, şəhər və şəhər tipli qəsəbələrdə iri və xırdabuynuzlu heyvanların saxlanması düzgün deyil. Niyə düzgün deyil? Çünki bu barədə Nazirlər Kabinetinin qərarı var. Nazirlər Kabineti “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nı təsdiq edib. Qərar görə, “Azərbaycan SSR yaşayış məntəqələrində əhalinin qeyri-məhsuldar ev heyvanları saxlamasını qaydaya salmaq haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 10 oktyabr tarixli 458 nömrəli qərarı qüvvədən düşmüş hesab edilir. Bu qaydalar yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının (bundan sonra – ev heyvanları) saxlanma şərtlərini, onların saxlanılmasına nəzarəti, heyvan sahibinin hüquq və vəzifələrini və digər qaydaları müəyyən edir. Bu qərarla həmçinin, şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağan edilib.
Mal-qaranın otarılması üçün ayrıca otlaq sahələri olmalıdır. Sahələrdə, təmiz yerdə qidalanan heyvanların məhsulları da təmiz olar. Belə etməklə biz həm şəhərimizin təmizliyini, həm də sağlamlığımızı qorumuş olarıq.
Çinarə Bəhərçinli

Şərh Yaz