10 ilin bəhrəsi, “5”-ə layiq nəticə

Möhtərəm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev təhsilin ən prioritet sahə olduğunu deməklə yanaşı, regionlarımızda yüzlərlə məktəbin tikilməsi və istifadəyə verilməsinə sərəncam vermişdir. Bu sərəncamlardan biri əsasında 2014-cü ilin noyabr ayının 24-də istifadəyə verilmiş İsmayıllı şəhər 5 nömrəli məktəbinin 10 yaşı tamam olur. Məktəb 10 yaşını rekord göstərici ilə qarşılayır. Belə ki, məktəbin 42 nəfər məzunu tələbə adına layiq görülüb.
10 ilin bəhrəsi, “5”-ə layiq nəticə

Möhtərəm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev təhsilin ən prioritet sahə olduğunu deməklə yanaşı, regionlarımızda yüzlərlə məktəbin tikilməsi və istifadəyə verilməsinə sərəncam vermişdir. Bu sərəncamlardan biri əsasında 2014-cü ilin noyabr ayının 24-də istifadəyə verilmiş İsmayıllı şəhər 5 nömrəli məktəbinin 10 yaşı tamam olur. Məktəb 10 yaşını rekord göstərici ilə qarşılayır. Belə ki, məktəbin 42 nəfər məzunu tələbə adına layiq görülüb.
İsmayıllı rayonunun məktəbləri keyfiyyətli təhsil vermək sahəsində qazandıqları uğurlara görə respublikada yaxşı tanınır. Son illərdə İsmayıllı respublikanın kənd rayonları sırasında qəbul imtahanlarının nəticələrinə görə I və II yerləri qazanması təhsil işçilərinin gərgin və şərəfli əməyindən xəbər verir. İsmayıllıda elmə, insanların təhsilə münasibəti həmişə yüksək olmuşdur. Məhz bunun bariz nümunəsini cəmi 10 ildir açılmış İsmayıllı şəhər 5 nömrəli məktəbin timsalında görmək olar. Bu məktəbin uğurları artıq çox kənd rayonlarının uğurları ilə müqayisə olunur.
İlk buraxılışda məktəbin cəmi 4 məzunu olmuşdur. 2-ci buraxılışda 2005-2006-cı tədris ilində məktəbin 24 məzunundan 11-i tələbə adını qazandı. Onlardan Nərmin Səfərzadə 500-dən, Turac Ağayeva və Elnur Salehov 400-dən yuxarı bal toplayaraq respublikanın ən nüfuzlu universitetlərinə qəbul olundular. Fərəhli haldır ki, bu məzunlar bu gün 5 nömrəli məktəbin adını ləyaqətlə təmsil edirlər.
2006-2007-ci tədris ilində 7 nəfər ali məktəbə qəbul olundu. Rəşad Hacıyev 594 bal tplayaraq BDU-yə qəbul oldu.
2007-2008-ci tədris ili daha uğurlu və sevindirici oldu. Məktəbin məzunlarından 6 nəfəri 500-fən yuxarı, o cümlədən 2 nəfər – Elgün Qurbanov 655, Ramil Əliyev 631 bal toplayaraq ADİU və Azərbaycan Tibb Universitetinə qəbul olundular. M.Səlimli 595, A.Məmmədov 572, R.Camalov 572, N.Hüseynli 546 bal toplayaraq məktəbin şərəfini ləyaqətlə qorudular. 4-cü, yəni 2007-2008-ci tədris ilinin nəticələrinə görə məktəb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qərarı ilə respublikanın ən qabaqcıl məktəbləri siyahısına daxil edilmişdir.
Məktəbin 2008-2009-cu tədris ilinin uğurları artdıqca məktəbin nailiyyətlərinin liseylərlə müqayisə etməyə əsas verdi və xüsusilə fərəhləndirici oldu. Belə ki, ali məktəblərə sənəd vermiş 50 nəfər məzundan 32 nəfəri, əvvəlki illərin məzunlarından da 4 nəfəri tələbə adını qazandı. Vüsal Şükürov 645, Turanə Məmmədova 630, Elvin Mikayıllı 615, Leyla Vəlizadə 601 bal toplayaraq İsmayıllının sayılıb-seçilən məktəblərini də geridə qoydular. Tərlan Həsənli 590, Şirvan Balabəyli 573, Reyhanə Abbaslı 563, Aygün Səfərəliyeva 520, Ağarəhim Ağayev 507 bal toplayaraq Azərbaycanın ən nüfuzlu ali məktəblərinə qəbul olundular.
2009-2010-cu il məktəbin 7 nəfər məzunu 600-dən, 15 nəfər məzunu 500-dən artıq bal toplayaraq rayon məktəbləri arasında yenə də ən yüksək nəticəyə imza atdı. Nurlan Vəlizadə 670, Rəşad Bayramlı 655, Təbriz Şıxalıyev 642, Samirə Ağamirova 640, Mahir İslamov 614, Pərvin Babayev 610, Könül Əliyeva 610, Ülviyyə Babayeva 582, Xatirə Dadaşova 556, Emin Mikayılov 543, Loğman Mayılov 528, Qorxmaz Ağazadə 517, Ayaz Şahalıyev 514, Xumar Şahlarlı 511, Qumru Abbasova 502 bal toplayaraq tələbə adına layiq görüldülər. 39 nəfər tələbə adına layiq görüldü.
2010-2011-ci ilin məzunlarından 28 nəfər tələbə adına layiq görülmüşdür. Onlardan 6 nəfəri 600-dən çox, 3 nəfəri 500-dən artıq bal toplamışdır. Nəzrin Ağazadə 641. Ceyhun Mamedov 635, Nurlan Baxışlı 617, Ülvi Məmmədli 614, Leyla Şükürova 610, Elşən Babayev 605 balla respublikanın ən nüfuzlu ali məktəblərinə qəbul olundular.
2011-2012-ci tədris ilində 28 nəfər tələbə adına layiq görüldü. Əlibaba Əliyev 662, Kənan Kamallı 633, Eyvaz Abbaslı 613 bal topladılar. Məktəbin tarixində ilk dəfə Badam Bədəlova Qızıl medala layiq görüldü.
2012-2013-cü ildə 39 nəfər tələbəliyin şirinliyini daddı. Yenə də şəhər 5 nömrəli tam orta məktəbi rayon məktəblərinin çoxunu geridə qoyaraq lider oldu. 9 nəfər 500-dən çox bal topladı. Rəhim Bədəlov 658, Aygül Kərimli 657, Xəyalə Ağazadə 642, Amilə Məmmədli 631, İsmayıl Osmanlı 612 bal topladı.
2013-2014-cü tədris ilində məzunlar məktəbin həyatında yeni bir uğura imza atdılar. Məktəbin məzunu Şəhla Abdullayeva 2-ci qızıl medalla məktəbin tarixinə yazıldı. Məktəbin 42 məzunu tələbə adına layiq görüldü. Bunlarla yanaşı, orta ixtisas məktəblərinə qəbul olunanlar da məktəbin 10 yaşına öz töhfələrini verdilər.
Məktəb bu il də 600-dən yuxarı bal toplayanları ilə bir çox kənd rayonlarını geridə qoydu. Məktəbin 8 məzunu, o cümlədən Ləman Abbasova 682, Şəhla Abdullayeva 674, Mələk Babayeva 653, Ziya Şahalıyev 645, Pərvin Əliyev 633, Aytac Ziyadxanlı 618, Nərmin Məmmədova 606, Günel Məmmədova 602 bal toplayaraq məktəbin tarixində rekord göstəricilər ilə əvvəlki illərin məzunlarının layiqli sələfləri olduqlarını sübut etdilər. 4 nəfər 500-dən çox. 12 nəfər isə 400-dən çox bal toplayaraq ali məktəb tələbəsi adına layiq görülüb.

Ulu öndərimiz Heydər Əliyev demişdir: “Mən yer üzərində müəllimdən yüksək ad tanımıram”. Hər öyrədənə müəllim deməzlər. Bu gün müəllimlərimiz həddən artıq çoxdur, ancaq əsl müəllimlər və pedaqoqlar barmaqla sayılır. Məktəbin bütün uğurlarının qazanılmasında, təlim-tərbiyə işlərinin müasir tələblər səviyyəsində qurulmasında müəllimlərin əvəzedilməz rolu danılmazdır. Fəxrlə demək lazımdır ki, bütün bu uğurların qazanılmasında məktəbin ilk direktoru, yüksək idarəetmə bacarığı ilə fərqlənən əsl maarif fədaisi, əsl pedaqoq adını hələ gəncliyində qazanmış Fərman Bəşirovun əvəzsiz və şərəfli əməyi durur. Təsadüfi deyil ki, 5 nömrəli tam orta məktəb İsmayıllıda Fərman müəllimin məktəbi kimi tanınır və bu məktəbi çoxlarına nümunə göstərirlər. 2012-ci ildən məktəbin direktoru Elçin Məmmədovdur. Onun da şərəfli əməyinin sayəsində məktəb son 2 ildə daha böyük müvəffəqiyyətlər qazanıb. Onu da qeyd etmək lazımdır ki, məktəb açılanda Elçin müəllim məktəbin direktor müavinlərindən biri kimi işə başlamışdı. Gənc pedaqoq hələ müavin işləyərkən özünü səriştəli, bacarıqlı gənc müəllim kimi tanıtdı və hal-hazırda məktəbə bacarıqla rəhbərlik edir. 2013-2014-cü tədris ilinin nəticələri də buna parlaq misaldır. Hazırda məktəbdə 800 nəfərdən artıq şagirdin təlim-tərbiyəsi ilə 80 nəfər müəllim məşğul olur. Məktəbin yaxşı təchiz edilmiş maddi-texniki bazası vardır.
Dərslərin nümunəvi təşkili, onların keyfiyyətinin yüksəldilməsi üçün ciddi mübarizə aparılır. İndi məktəbdə 18 fənn kabineti və laboratoriya fəaliyyət göstərir. Məktəbin Azərbaycan dili və ədəbiyyatı, iki riyaziyyat, tarix və coğrafiya, ingilis dili, 3 kompyuter kabineti nümunəvi şəkildə saxlanılır. Fizika, kimya, biologiya, ibtidai hərbi hazırlıq və aşağı siniflərin kabinetlərinə də yeni tərtibat verilmişdir.
Məktəbin müəllimi Ramiz Baloğlanov 2011-ci ildə Əməkdar müəllim adına layiq görülmüş, fizika müəllimi Nazənin Həsənova 2010-cu ildə Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunmuşdur.
Məktəbdə çalışan müəllimlərin əksəriyyəti qabaqcıl müəllimlərdir. İsmayıllı təhsilinin tarixində öz sözünü demiş S.Osmanova, S.Mirzəyev, A.Bağırov bu məktəbdə işləmiş böyük nüfuz sahibi olan əsl müəllimlərimizdən idi. Öz şəxsi təcrübəsi ilə fərqlənən R.Baloğlanov, B.Salehova, Y.Ağayeva, E.Məmmədova, A.Aslanova, İ.Bağırova, N.Fərziyeva, T.Əhmədova, Ş.Gənciyev, İ.Mirzəyeva, G.Bədəlova, N.İsmayılova, B.Fərəcov və adını çəkə bilmədiyim bütün müəllimlər məktəbin böyük uğurlar əldə etməsində böyük əmək sərf etmiş və edirlər. Məktəbin şagirdləri məktəbdənkənar və sinifdənxaric işlərdə, idman və bilik yarışlarında dəfələrlə fərqlənmişlər. Fərəhləndirici haldır ki, 2010-cu ildə məktəbin cəsurlar komandası respublika turunda II yerə, 2013-cü ildə respublikada IV yerə çıxmışdır. Məktəbin şagirdi Vüsalə Dəmirova cüdo üzrə Avropa çempionatında I yerə çıxaraq qızıl medal almışdır. Məktəbin şagirdləri dəfələrlə Xəmsə bilik yarışının qalibi olmuşdur. Şagirdlərimiz dəfələrlə respublikanın televiziya kanallarında keçirilən intellektual oyunların qalibi olmuşdur. Məktəbin məzunu Təbriz Şıxəliyev Kiprdə Yaxın Doğu Universitetində bir il oxumaq şansı qazanmışdır.
Məktəbin məzunlarının sorağı dünyanın ən nüfuzlu ölkələrinin təhsil ocaqlarından gəlir. Belə ki, məktəbin məzunu Nərmin İspərzadənin, Nəzrin Ağazadənin, Ceyhun Mahmudovun sorağı təkcə Vətənimizdən deyil, dünyada keçirilən ümumdünya layihələrindən gəlir.
Bu kiçik yazıda məktəbin uğurlarının az bir hissəsi ilə oxucuları tanış etdik. Məktəbin bu 10 ildə qazandığı bütün nailiyyətlər Azərbaycan Respublikasında təhsilə olan qayğı sayəsində mümkün olmuşdur. Son illərdə pulsuz dərsliklərin verilməsi, yeni məktəb binalarının tikilməsi və təmiri buna parlaq misaldır. Məktəbin pedaqoji kollektivi də çalışır ki, daha səylə işləsin və daha böyük uğurlar qazansın. Kollektivimizin gələn dərs ili üçün devizi belədir: “Cari ildə 600-dən çox bal toplayanların say daha çox olsun, məzunlarımızın sorağı dünyanın ən mötəbər ali məktəblərindən gəlsin və şagirdlərimiz beynəlxalq müsabiqələrdə iştirak etsin”.
Yasamən Ağayeva,
şəhər 5 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz