Yerində deyil

Daş basardım ağzına,
Daşı yerində deyil.
Gün boyu tumarlanır,
Yaşı yerində deyil.
Yerində deyil

Daş basardım ağzına,
Daşı yerində deyil.
Gün boyu tumarlanır,
Yaşı yerində deyil.

Unudub ulusunu,
Rədd edir dəlisini,
Ötürür dolusunu,
Boşu yerində deyil.

Əhmədi-biqəm olub,
Bəlkə də sərsəm olub.
Orda-burda dəm olub,
Huşu yerində deyil.

Təkər oxdan çıxıbdı,
Həm də çoxdan çıxıbdı.
Vardan-yoxdan çıxıbdı,
Başı yerindı deyil.
Mövlud Teymur

Şərh Yaz