Gözəlləşən, abadlaşan şəhərim və…

Uzun illər bu şəhərdə yaşayıb işləmişəm. Demək olar ki, onun hər küçəsi, dalanı, bağı, yaşıllığı və binaları mənə tanışdır, əzizdir. Şəhərin qaranlıq, palçıqlı küçələri də yaxşı yadımdadır. Hər hansı bir küçəsini çınqıllayıb, hamarlasaydılar xeyli sevinərdim, buna da min şükür edib, işin davamı olub-olmayacağını fikirləşərdim. Hamımız istəsək də belə işlər heç də tez-tez baş verməzdi. Bu mövzuda oxuculardan şikayət məktubları gələrdi. Qəzetdə çalışdığım üçün bu mövzuya tez-tez müraciət edər – şəhər sakinlərinin redaksiyaya daxil olmuş şikayət məktublarını qəzet səhifələrində dərc edərdik. Qəzet işçiləri özləri də vaxtaşırı bu mövzuda yazılar hazırlayardılar. Bu şikayətləri rayonun əlaqədar idarə və təşkilatlarına göndərərdik ki, lazımi tədbirlər görüb redaksiyaya cavab versinlər. Bəzən bu istiqamətdə işlər görülərdi, redaksiyaya cavab da yazardılar. Ancaq bu, dəryada damlanı xatırladardı. Şəhərdə daha çox iş görülməli idi. İş başında olan məmurlar belə yazıları xoşlamazdılar (belə şeylərdən kimin xoşu gəlir ki).
Uzun illər səkiləri ilə işə addımladığım həmin küçədəyəm və xatirələrim məni keçmişə qaytarır. Ad həmin ad olsa da, küçə tamam başqa dondadır. Yaxşı yadımdadı, rayonda çıxan “Zəhmətkeş” qəzetində şəhərin Nizami Gəncəvi küçəsinin bərbad vəziyyətdə olması, buradan axan yağış sularının lili Lenin prospekti (indiki M.Orucov küçəsi) ilə şəhərin mərkəzinə axması, quraq vaxtlarda onun toz-duman olub ətrafa yayılması, bundan sakinlərin nə qədər əziyyət çəkdiyini və sair nöqsanları tənqid edən yazı dərc edilmişdi. Yazını əlaqədar təşkilatlara göndərdik, ancaq nəticəsi olmadı. Dəfələrlə həmin mövzuya qayıtdıq, dönüş olmadı. Axırda həmin yazını məlumat üçün rayon Partiya Komitəsinə göndərməli olduq. Məsələni büro iclasına çıxardılar. Müzakirə zamanı bu işlə bilavasitə məşğul olası təşkilatın başçısı redaksiyanı günahlandırdı:
– Yoldaş katib, niyə qəzet işçiləri ancaq öz küçələri haqqında yazırlar? Başqa küçələrdən niyə yazmırlar?

Gözəlləşən, abadlaşan şəhərim və...Gözəlləşən, abadlaşan şəhərim və…
(Şəhərimizə kiçik gəzinti)
Gözəlləşən, abadlaşan şəhərim və...

Burada işlədilən “öz küçələri” ifadəsinə aydınlıq gətirmək istəyirəm. O zaman həmin küçədəki çoxmənzilli binaların birində redaksiyanın üç nəfər işçisi yaşayırdı. Ona görə də məmur küçəni redaksiyanın adına çıxmışdı. Halbuki, qəzet bu mövzuya şəhər üzrə xüsusi diqqət yetirirdi. Bu gün həmin küçəni o zamanki küçə ilə müqayisə edirəm. Bura həm də şəhərimizin giriş qapısıdır, necə deyərlər, vizit kartıdır. Gələn qonaq ilk təəssüratını buradan alır. İlk anda burada inşa edilmiş beşmərtəbəli yaşayış evləri diqqəti cəlb edir. Bu binalarda son tamamlama işləri görülür, qarşılarında isə abadlıq və yaşıllıq işləri aparılır. Bütün bunlar biz ismayıllılarda qürur hissi doğurur. Qala divarları, küçənin hər iki tərəfindəki yamyaşıl otlar, müxtəlif güllər, bəzək kolları, işıqlandırma buraya tamam başqa yaraşıq verir. Burada sakinlərin istirahəti üçün oturacaqlar qoyulmuşdur. Fəvvarələrin şırıltısı ətrafda dincələnlərin əsəblərinə bir sakitlik gətirir.
Hazırda küçənin şimalında şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün abidənin inşası gedir, yəqin ki, qısa müddət ərzində bu ziyarət yeri də hazır olacaq. İndi burada qızğın iş gedir. Bundan sonra abidə hamımızın, gül düzdüyümüz, müqəddəs and yerimizə çevriləcəkdir. Əlbəttə, bu kompleksin ətrafına gül-çiçəklər, bəzək ağacları əkiləcəkdir.
Şəhərin Heydər Əliyev prospektinə ayağı düşənlər buranın günü-gündən necə abadlaşdırıldığının şahidi olur. Möhtəşəm qala divarları, yaşayış binalarının ətrafları abadlaşır, küçə genişləndirilir, yağış sularını axıdan arxlar səliqəyə salınır, prospekt boyu yaşılliqlar salınır, bəzək ağacları, güllər əkilir. Prospektin aşağı hissəsində – Mədəniyyət Mərkəzinin qarşısından keçən hissəsində səki düzəldilir, küçənin bu hissəsində qızğın abadlıq işləri görülür. Burada YAP-ın yeni binası, əsaslı təmirdən çıxmış Mədəniyyət Mərkəzi qarşısındakı kiçik istirahət guşəsi necə də yaraşıqlı görünür.
Prospektdə başdan-ayağa asfaltlaşma işləri görüləcəkdir. Bunun üçün hamarlama və bardür düzmə işləri yekunlaşmaq üzrədir. Prosoektdəki mağazaların qarşısından keçən piyada səkiləri yenidən qurulur.
Bu prospektdən söz düşəndə, akademik Zərifə Əliyevanın adını daşıyan mədəniyyət və istirahət parkı haqqında danışmamaq olmaz. Hazırda parkda yenidənqurma işləri aparılır. Burada uşaqlar üçün qurulan oyun meydançaları, müxtəlif karusellər, müasir oturacaqlar istirahətə gələnlərin ixtiyarına veriləcəkdir. Parkda istirahət edənlərə iaşə xidməti göstəriləcək, müxtəlif stolüstü oyunların təşkili də yaddan çıxmayacaqdır. İndinin sözü gedən ünvan axşamlar istirahət edənlərlə dolu olur.
Gözəlləşən, abadlaşan şəhərim və...
İsti yay günlərində şəhərin Heydər Əliyev parkına hər axşam xeyli adam gəlir. Bu park xüsusilə balacaların sevimli əyləncə yeridir. Balacalar babaları, nənələri, ata-anaları ilə buraya gəlməyi çox xoşlayırlar. Axı buradakı müxtəlif karusellər, uşaq maşınları balacalara gəl-gəl deyir, onları əylənməyə səsləyir. Parkın istifadəyə verilən ilk illərində buraya gələnləri barmaqla saymaq olardı. “Buraya gələn-eliyən olmayacaq” deyə dodaq büzənlər də vardı. İndi buralarda baş tutan tədbirlər, istirahətə gələnlərin razılığı bir vaxt dodaq büzənlərə yaxşıca şapalaqdır.
Ümumiyyətlə, bəzi adamlarımızda təzə nə görülsə dodaq büzmək, qulp qoymaq mərəzi var. Deyəsən, onların mədəsi təzəliyi, abadlığı götürmür.
Bu gün İsmayıllının abadlaşan, asfalt döşənən, işıqlandırma sistemi qurulan onlarca küçəsi var. Yaxşı ki, abadlıq işləri davam edir. Vaxtı ilə sakinlər küçələrinin çınqıllanmasını arzulayırdılar. Asfaltlanmış küçələrlə hərəkət edən adamlarda yüksək ruh yüksəkliyi var, onlar gələcəklərinə daha nikbin baxırlar. Başa düşürlər ki, rayona işgüzar rəhbər gəlib, onların rahat gediş-gəlişləri üçün çalışan, qayğı göstərən var. RİH başçısı Mirdaməd Sadıqov bu vəzifəyə təyin olunduğu ilk gündən rayon əhalisi üçün çalışacağına söz verib və sözünə də əməl edir. Onun başladığı işlərlə yanaşı, gələcək planları da çoxdur. Allah işini avand eləsin. Yeri gəlmişkən, bir faktı da qeyd edək ki, nə qədər təəccüblü görünsə də, bütün bunları gözü götürməyənlər də var. Belə yerdə xalqımız çox gözəl deyib: belə gözlərə şiş batsın! Tarixən belə nanəciblər olub və olacaq. Ataların bir deyimi də var: İt hürər, karvan keçər. Yaxud, dəyirman bildiyin eylər, çax-çax baş ağrıdar.
Rayonda abadlıq, quruculuq işləri davam edir. Biz də: Bu əllər var olsun, yorulmasın! – deyirik. Gələcək planların icrasına da Allah qüvvət versin.
İndi ismayıllılar yaxşıca istirahət etməyi də, əylənməyi də yaxşı bacarırlar. Axı bunun üçün müxtəlif məkanlar da mövcuddur. Yuxarıda sadaladığımız yerlər buna misaldır. Neçə illər bundan əvvəl bu istirahət yerlərindən ancaq Heydər Əliyev parkı mövcud idi. Qalanları son illərin, ayların işidir. Yaxşı tanıdığım şəhərim abadlaşır, gözəlləşir. Rayon sakinlərinin bir qismi həmin işlərdə bilavasitə iştirak edir. Bunun müqabilində bizdən nə tələb olunur? Bizim ən ümdə vəzifəmiz həmin gözəlliyi qorumaqdan, təmizliyi gözləməkdən ibarət olmalıdır.
Gözəlləşən, abadlaşan şəhərim və...
Qeyd etdik ki, şəhərimizdə yaşıllaşdırma işlərinin həcmi artıb. Bax burada biz öz köməyimizi göstərə bilərik. Bəzi yerlərdə süni ot örtükləri, ğüllər, bəzək kolları susuzluqdan saralıb. Suvarılma işləri zəif təşkil olunub. Bəzi yerlərdə ot örtüklərnin üstündən cığır salınıb, təmizliyə riayət olunmur. Havaların isti keçdiyi bir ərəfədə suvarmaya diqqət artmalıdır.
Təmizliyin gözlənilməsi, şəhərin sanitariya vəziyyətinin diqqətdə saxlanması hər bir şəhər sakininin, vətəndaşın borcudur. Borcumuzu vaxtında verə bilirikmi, deyilənlərə əməl edirikmi? Cəsarətlə demək olar ki, yox. Günəbaxan tumunun qabıqları, siqaret kötükləri, meyvə qalıqları, kağız və işlənmiş polietilen kisələr və ilaxır zibillər hara gəldi tullanır. Belə qanacaq sahiblərinin birinə irad tuturuqmu? İnanmıram, kimlərisə utandıraq, onları intizama dəvət edək. Bəs bizim vətəndaşlıq mövqeimiz harada qaldı? Bilmirəm, utanırıqmı, qorxuruqmu belələrinə söz deyə bilmirik. Bəlkə də hər ikisindən var. Bəzən əlindəki zibili iki addım aralıda olan zibil qabına geyil, yerə atanlara nə ad verək sualı ortaya çıxır. Mənə belə gəlir ki, belələrini ancaq xəstə adlandırmaq, “müalicə”sini isə ancaq birlikdə aparmaq olar. Gəlin əl-ələ verək və şəhərimizin təmizliyi, gözəlliyi üçün nəsə edək.
Yayın isti günlərində sanitariya qaydalarına əməl etmək sağlamlığımızın təhlükəsizliyinə yüksək zəmanətdir.
İsmayıllının günü-gündən abadlaşması mənimlə bərabər şəhərin yüzlərlə sakinini, həmyerlimi də sevindirir. Başlanmış quruculuq işlərinə diqqət yetirəndə, İsmayıllının əsl gözəlliklər diyarı olacağına tam ümidvar oluruq. Biz bunlar haqqında hələ çox yazacağıq.
Bəybala Babayev

Şərh Yaz