Bu dünyadan kimlər keçdi

Gəlimli, gedimli dünya, son ucu ölümlü dünya. Bəli, ulu Dədə Qorquq boy boylayıb, söz söyləyəndə tamamladığı hər dastanı yuxarıdakı kəlamla bitirərdi. Bəlkə də, maddi dünyanın müvəqqəti, köcəri bir hal olduğunu tez-tez vurğulamaqla insanları bir-birinə mehriban olmağa, şərdən cəkinməyə, yalnız xeyirli əməllərlə məşğul olub yaxşı işlərlə ad qazanmağa cağırır, gec, ya tez gəldiyi yerə-haqqın dərgahına qayıdası əbədi ruhu əbədi bir əzaba düçar etməmək ücün mənəviyyatı pak və ləkəsiz saxlamaqla, onsuz da qacılmaz olan ölümdən qorxmamağa səsləyirdi…

Bu dünyadan kimlər keçdiBu dünyadan kimlər keçdi

Gəlimli, gedimli dünya, son ucu ölümlü dünya. Bəli, ulu Dədə Qorquq boy boylayıb, söz söyləyəndə tamamladığı hər dastanı yuxarıdakı kəlamla bitirərdi. Bəlkə də, maddi dünyanın müvəqqəti, köcəri bir hal olduğunu tez-tez vurğulamaqla insanları bir-birinə mehriban olmağa, şərdən cəkinməyə, yalnız xeyirli əməllərlə məşğul olub yaxşı işlərlə ad qazanmağa cağırır, gec, ya tez gəldiyi yerə-haqqın dərgahına qayıdası əbədi ruhu əbədi bir əzaba düçar etməmək ücün mənəviyyatı pak və ləkəsiz saxlamaqla, onsuz da qacılmaz olan ölümdən qorxmamağa səsləyirdi…
Bu dünyadan kimlər keçdi
Mümkünmüdür bu? Deyəsən, mümkündür. Azərbaycanın şan-şöhrətli incəsənət xadimlərindən biri ömrünün son anında – gecədən xeyli keçmiş həyat yoldaşını səsləyib nəfəsinin təngidiyini bil di -rərək, pəncərəni acmağı xahiş edir. Həyat yoldaşı həyəcanla: “Sənə nə oldu,” – deyə doluxsunur. Böyük sənətkar: “Qorxulu bir şey yoxdur, bu, sadəcə ölümdür, gəlib,” – deyir və gözlərini əbədi yumur. Bəli, ölümü qanunauyğun və adi bir şey kimi qarşılamaq mümkün imiş…
Lakin bu “gəlimli-gedimli” dünyada ölüm nə qədər adi görünsə də, düz bir il əvvəl dünyasını dəyişmiş Aydının – həmyerlimiz, yazıçı, jurnalist, etnoqraf-alim Aydin Səlimzadənin ölümünü adi, təlatümsüz qarşılaya bilmədik. Eşidib-bilənlərin hamısını göynədib, kövrəltdi bu ölüm. Çünki onun yaradıcılığının çiçəklənmə çağıydı. Çünki hələ o görə biləcəyi işlərin çoxunu görməmiş, yaza biləcəyinin çoxunu hələ yazmamışdı. Amma bu az mürdə nə qədər insana yaxşılıq edib, ad, dost qazanmışdı…
Ölümündən heç qırx gün keçməmiş Azərbaycanın müxtəlif bölgələrindən olan dostlarının Aydının xatirə gecəsinə yığışması hamımızın yaxşı yadındadır. O gün Aydının deyə bilmədikləri deyilir, yaza bilmədikləri yazılırdı. Həmin gecədə səslənən hər bir həzin xatirə, sanki Aydının yarımçıq qalmış ömür kitabının davamı idi. Aydının böyük yola çıxandan sonra şəhər mühitindəki həyatından, bəlkə də, xəbərsiz olan kənd dostları bu çıxışlardan sonra onu yenidən özləri üçün kəşf etdilər. Respublikanin tanınmış ziyalılarının, yazıçı və alimlərin dilindən bu“ağzı hələ süd qoxulu” Aydınımızın onların hər birinə nə vaxtsa əl tutub köməklik göstərdiyini eşidəndə,onun bütün ömrü boyu başqaları üçün yanan bir şam olduğu anlaşıldı. Və həmin gün Aydının xatirə gecəsinə toplaşanlar öz qiymətli etirafları ilə, sanki ruhu qarşısında mənəvi borclarını ödəyirdilər.
Bəli, Aydınsız bir il ötüşdü… Dərd unuduldumu? Deyə bilmərəm. Yeri qaysaq bağladımı? Bilmirəm. Ancaq onu bilirəm ki, Aydının körpələri bir il də böyüdülər, bir il də yaşa doldular. Daha necə illər keçəcək, körpə ağılları ilə dərk edib körpə yaddaşlarında hifz etdikləri ataları onlardan uzaqlaşdıqca,yetkin ağılları ilə tanıyacaqları ataları onlara daha yaxın olacaqdır. Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya… Ulu Qorqudun bu kəlamını tez-tez xatırlamaqda məqsədim təkcə Aydının valideynlərinə və onlarin əzizlərinə quruca təsəlli vermək deyildir. Aydın haqqa qovuşdu və yaranmışların hamısını bu yol gözləyir. Amma verilmiş ömür payını hər kəs elə yaşayaydı ki, onu xeyirxah işlərinə görə yad edənlərin sayı cox olaydı.
Aydın qoxulu yuxular uyudur Ananı. Aydın həsrətli günlər yaşadır Atanı. Aqillər deyib ki,bütün yaraları zaman sağaldır, hər cürə nisgili səbir səngidir. Bəli, Səbir adicə söz deyildir. Səbir təsəlli yüklü ilahi bir hikmətin daşıyıcısıdır. Səbir pak və uca olan Allahın adı, hər bir müsəlmanın yol yoldaşıdır. Gündüzü Aydin arzusu ilə yaşayib, gecəni Aydın həsrəti ilə başa vuranlara Səbir diləyirik, Səbir…
Ruhun şad olsun, Aydın!
Məmmədmirzə RZAYEV,
“Cavanşir yurdu” qəzeti, mart 1996-cı il

Şərh Yaz