Hanı sənin dağ çiçəyin?


Hanı sənin dağ çiçəyin
Çiçəyin yox, dağın qalıb.
Qan ağlayır ağ çiçəyin
Nəğmən susub, ağın qalıb.
Hanı sənin dağ çiçəyin?
(“Dağ çiçəkləri ” ədəbi məclisini Aydınsız keçirdiyimiz gündə:)

Hanı sənin dağ çiçəyin
Çiçəyin yox, dağın qalıb.
Qan ağlayır ağ çiçəyin
Nəğmən susub, ağın qalıb.

Solun boşdu, sağına bax,
Sinəmizdə dağına bax.
Dur, göylərin tağına bax,
Göyün uçub, tağın qalıb.

Sözün, sazın avazında,
Mənası var çox-azın da,
Qardaşım, ömrün yazında
Xəzan tutmuş bağın qalıb.

Hanı sənin dağ çiçəyin?
Şahməmməd Dağlaroğlu

Şərh Yaz