Respublika Günü

27 may 2014-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin iclas zalında 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
RİH başçısı Mirdaməd Sadıqov tədbir iştirakçılarını, onların timsalında ismayıllıları 28 May – Respublika Günü münasibəti ilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə əldə etdiyi nailiyyətlərdən söz açıb. İcra başçısı bildirib ki, Xalq Cümhuriyyətinin varisi olan bugünkü müstəqil dövlətimiz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ideyaları davam etdirir. Düzgün qurulmuş daxili və xarici siyasət nəticəsində ölkəmiz daha da inkişaf edir, bu inkişaf özünü İsmayıllının simasında aydın göstərir.

Respublika GünüRespublika Günü

Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov tarixi hadisələrdən, istiqlal bəyannaməsindən söz açıb: “1917-ci ildə baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar imperiyası devrildi. Ölkədə çarizm əleyhinə xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur”.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova Azərbaycan Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin Anakara şəhərinin “Asri” qəbiristanlığındakı məzarını, Türkiyədə qurduğu kültür dərnəyini ziyarət etməsindən danışıb, hiss və duyğularını tədbir iştirakçıları ilə paylaşıb. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsinin Azərbaycanın müstəqillik həyatının şüarına çevrildiyini deyib.
Respublika Günü
RIH başçısının Basqal İƏD-i üzrə nümayəndəsi Novruz Əsədov “İstiqlaliyyət Bəyannaməsi” haqqında danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarının təmin edilməsini üzərinə götürür.
Qurbanəfəndi kənd tam orta məktəbinin müəllimi Xavər Allahverdiyeva şərqdə ilk dəfə qadınlara seçim hüququ verən Azərbaycan Demokratik Respublikasının 23 ay ərzində həyata keçirdiyi islahatlardan danışıb.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96 illiyinə həsr edilən videoçarx nümayiş etdirilib.
Ç.Bəhərçinli

Şərh Yaz