Doğruluq toxumu səpək

“İsmayıllı xəbərləri” qəzetinin 16 aprel 2014-cü il tarixli nömrəsində dərc edilmiş “Yalan ayaq tutar, yeriməz deyib atalar” sərlövhəli yazını oxuyandan sonra bu fikrə gəldim ki, hörmət olan yerdə qorxu olar, qorxu olan yerdə hörmət olmaz. Hər bir insanda hörmətə layiq ola bilən ən yüksək keyfiyyətlər sadəlik, halallıq, əməksevərlik, xeyirxahlıq və doğruluqdur. Saxta hörmət ancaq qorxudan, kimdənsə asılılıqdan qaynaqlana bilər. Bir var hörmət, bir də var yaltaqlıq. Bunlar ayrı-ayrı şeylərdir. Sözün düzünü demək, hər şeyi öz adı ilə adlandırmaq insani keyfiyyətdir. Bəziləri yaltaqlıqla hörmət və ehtiramı dəyişik salırlar. Bu, kimlərəsə sərf etsə də çox əcaib haldır. Atalar əbəs deməyiblər: düz əyrini kəsir. Hər hansı bir hədəfə çatmağın ən qısa yolu doğruluqdur.

Hər bir insan doğru danışmalı, bilmədiyi, kifayət qədər məlumatı olmadığı mövzulara toxunmaqdan ehtiyatlanmalıdır.
Doğruluq  toxumu səpək
Şəhərimizdə görülən tikinti və abadlıq işləri hamının gözü önündədir. Gələcəkdə həyata keçiriləcək işlər də planlaşdırılır. Gözlə görünən bu yenilikləri görüb sevinmək əvəzinə, narahat olanlar, bu işin icrası zamanı sərf olunan məbləğdən kimin nə qədər mənimsədiyini hesablayanlar, uydurduğu iftiralarla bağlı xəbərlər yaymaq istəyində olanlar da az deyil. Qəribədir ki, bu xislətin sahibləri belə halları gözüaçıqlıq, təəssübkeşlik kimi diqqətə çatdırırlar.
Yaxşı baxsaq, əvvəlki illərlə müqayisədə yenilikləri, müsbətə doğru olan dəyişiklikləri çox gözəl görərik. İctimaiyyətin ürəyincə olan işlərdə də ürəkbulandırıcı nəsə axtaranlar, kimlərəsə böhtan atanlar: ay yedilər, dağıtdılar, – deyə fəryad qoparanlar tapılır. Ağıllı insan gördüyünü inkar edib, eşitdiyinə and içməz. Quran ayələrinin birində buyurulur: “Ey insanlar, Allahdan qorxun və doğru söz söyləyin”.
Doğruluq yaxşılığa, yaxşılıq da cənnətə aparır. Yalan pisliyə, pislik də cəhənnəmə yol açır. Odur ki, yalandan uzaq olun, şər və böhtan söyləməyin”.
Doğruluq, halallıq olmayan evdə xeyir-bərəkət, kollektivdə səmimiyyət və işgüzarlıq, bölgədə abadlıq, cəmiyyətdə əmin-amanlıq olmaz. Doğruluq insanı şərəfləndirir. Bu yolu tutmaq, irəliyə getməklə yüksəlmək hər kəsin mənəvi borcudur.
Sağlamlığını, həyatını xalqı üçün yaxşı işlər görməyə sərf edən insanların ünvanına şər, böhtan söyləmək, ürək bulandırmaq, uydurduğu cəfəngiyata kimlərisə inandırmazdan öncə özünə ləkə yaxmaq, özünü aldatmaqdır. El arasında buna vicdansızlıq deyilir. El arasında papaqsız da, pencəksiz də gəzmək olar. Amma təhqir kimi səslənən, mənfi fikirlər, hərəkətlər hesabına qazanılan utandırıcı adla el içinə çıxmaq ayıb sayılmalıdır. Kim ki, düz yolu, halallıq və doğruluğu qəbul edə bilmir, deməli təmiz adla, kişi kimi yaşamaq onu düşündürmür. Yəqin atalarımız belələri haqqında deyiblər: Ya dalına mindir, ya da dalına min…
Təəccüb və təəssüf hissi ilə sual edirəm: Niyə biz yaxşıya-yaxşı, düzə-düz demirik? Nə üçün namərdə, nadürüstə: alçaqdır deyə bilmirik?
Gəlin, şərdən, böhtandan, yalandan uzaqlaşaq. Elimizə, obamıza, evimizə, torpağımıza, doğruluq toxumu səpək və bəhrəsini görək.
Hacıməmməd Məmmədov,
müəllim

Şərh Yaz