Xatirələrdə yaşayan ömür…

Kəndimizə – Dvoryana gələn bir alman səyyahı (1970-ci ildə) qeyd etmişdi ki, “Bu məkan Qafqazda ən güclü iqlimə malik yerdir. Bu kənddə elm, təhsil ocaqları olarsa, gələcək üçün intellektler yetişə bilər”. Bəli, həqiqət də elə budur. Elm, təhsil ocaqları olsaydı… Ədalət naminə demək lazımdır ki, ara-sıra bu kənddə də ibtidai məktəb fəaliyyət göstərib. Həmin məktəbdə uşaqlara “Əlifba”nı öyrədən Kamal Mustafayevi (Sulut kəndi) və Şamil Əhmədovu (Həftəsov kənd), (Allah rəhmət eləsin) kəndin yaşlı sakinləri, bu sətirlərin müəllifi də yaxşı xatırlayır.
Xatirələrdə yaşayan ömür...Xatirələrdə yaşayan ömür…

Kəndimizə – Dvoryana gələn bir alman səyyahı (1970-ci ildə) qeyd etmişdi ki, “Bu məkan Qafqazda ən güclü iqlimə malik yerdir. Bu kənddə elm, təhsil ocaqları olarsa, gələcək üçün intellektler yetişə bilər”. Bəli, həqiqət də elə budur. Elm, təhsil ocaqları olsaydı… Ədalət naminə demək lazımdır ki, ara-sıra bu kənddə də ibtidai məktəb fəaliyyət göstərib. Həmin məktəbdə uşaqlara “Əlifba”nı öyrədən Kamal Mustafayevi (Sulut kəndi) və Şamil Əhmədovu (Həftəsov kənd), (Allah rəhmət eləsin) kəndin yaşlı sakinləri, bu sətirlərin müəllifi də yaxşı xatırlayır.
Xatirələrdə yaşayan ömür...
Bu yazı bir il əvvəl dünyasını dəyişmiş İlyas Xanalı oğlu Abdullayev haqqındadır. O, məhz müəllim K.Mustafayevin verdiyi ilkin təhsil üzərində yüksək savada meyil etdi, həyatda mövqe tutdu, ali təhsil aldı, ailə və hörmət sahibi oldu. Sonda haqq dünyasına qovuşdu…
İlyas Abdullayevin ibtidai məktəbdə sinif yoldaşı, Dvoryan kəndinin sakini, uzun müddət təsərrüfatda traktorçu işləyən Sədrəddin Abdullayevin dediklərindən:
– İlyas Abdullayevin hansı vəzifələrdə işləməsindən asılı olmayaraq heç vaxt inzibatçı olmasını hiss etməmişəm. O, mənim üçün həmişə gördüyüm sakit, sevimli və savadlı İlyas olub. Uşaqlıq xatirələrimi özü ilə haqq dünyasına aparan, uşaqlıq və gənclik dostumu hər an xatırlayıram, Allah ona rəhmət
Təsərrüfat İçşiləri Həmkarlar Komitəsinin sədri vəzifələrində işləyib. Anası Şura xanım evdar qadın olub. Ailənin 4 övladından ən böyüyü olan İlyas ibtidai təhsilini Dvoryan kəndində alsa da, 1967-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbini və D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyatın planlaşdırılması fakültəsini bitirərək, zəngin və mənalı həyat yolu keçib.
Əmək fəaliyyətinə Əli Bayramlı (indiki Şirvan) Yağ-Piy Kombinatında plan şöbəsinin rəisi kimi başlamış, 1972-ci ildə ordu sıralarına hərbi xidmətə də həmən iş yerindən getmişdir.
Sovet ordusunda xidmətini başa vuran İ.Abdullayev 1973-cu ildən İsmayıllı rayonundakı “Azərkəndtexnika” birliyinə baş iqtisadçı vəzifəsinə qəbul olunur və bununla da onun şərəfli istehsalat bioqrafiyası başlayır. Daha sora həmin idarənin plan-maliyyə şöbəsinə rəis təyin olunur. Az vaxtdan sonra İsmayıllı rayon Partiya Komitəsinin ümumi şöbəsinin müdiri, 1982-ci ildən RPK-nın katibi, 1985-ci ildən RPK-nın 2-ci katibi vəzifələrində əmək fəaliyyətini davam etdirir.
Harada, hansı vəzifədə çalışmağına baxmayaraq öz səmimiyyəti, xeyirxahlığı və dövlətə sədaqəti ilə seçilən İlyas müəllim 1990-cı ildə yeni yaradılan Dövlət Vergi Müfəttişliyinin İsmayıllı Rayon Şöbəsinin rəisi təyin olunur və 1993-cü ilə kimi İsmayıllı rayon Vergi İdarəsinə rəhbərlik edir.
Həmin illərdə Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini əldə edir. Yeni fikir, yeni təfəkkür, işə doğma münasibət istiqamətində idarəçilik sistemi qurulur. Bu gedişatdada İlyas müəllim seyirçi qalmır, gözləmə mövqeyi tutmur. YAP İsmayıllı şöbəsinin ilk üzvlərindən biri olan İ.Abdullayev 1993-cü ildə İsmayıllı RİH başçısının Sosial-İqtisadi Məsələlər üzrə müavini – şöbə müdiri vəzifəsinə təyin edilir. Ömrünün 13 ilini bu vəzifəyə, xalqının xidmətinə sərf edir. 2006-cı ildə isə müəyyən səbəblərdən onun əmək karyerası başa çatır.
İnsanların dünyaya gəldiyi andan dünyadan köçdüyü ana kimi bəzən uzun, bəzən də çox qısa bir zaman var. Bu zaman ömür adlanır. Onu necə yaşamaq, nə etmək isə İlahi qismətdən və insanın özündən asılıdır desək səhv etmərik.
Ömür adlanan zaman müddətində İlyas müəllimi yaxşı tanıyan, onunla uzun müddət əqidə yoldaşı olan, və onu ehtiramla xatırlayan ziyalının – Valeh Salehovun ürək sözləri:
-İlyas Abdullayevin dünyadan, bizlərdən ayrılmasının bir ili tamam olur. İl mərasimi yaxınlaşdıqca ötən çoxsaylı illərin tanışlığı, yoldaşlığı, dostluğu yadıma düşür, xatirələrimi göynədir, qəlbimdə İlyas müəllim üçün olan geniş yeri ağladır, ürəyimi ağrıdır.
Varlığımız, yoxluğumuz da Allahın qismətidir. Yaxınların, istəklilərin yoxluğuna təssüflənmək, kədərlənmək ixtiyarı hər birimizdə qalır. Əgər bacarsaq?! Mən də bu dost yoxluğuna təssüflənir və kədərlənirəm.
İlyas müəllimi “Zəhmətkeş” qəzetinin redaktoru işlədiyim zamandan tanımışam. Rayon Maarif Şöbəsində işləyəndə yoldaşlığımız möhkəmlənib. 1993-cü ildən sonra rayon İcra Hakimiyyətində işləməklə yoldaşlıq dostluğa çevrilib. Bu gözəl insan heç vaxt vəzifəsini kiməsə hiss etdirməyə çalışmayıb.
İddialı deyildi. Təkəbbürdən uzaq idi. Peyğəmbər (s.ə.v) buyurur: “Təvazö göstərənləri Allah ucaldar, təkəbbür göstərənləri alçaldar”. Əziz dostum İlyas təvazökar idi, nəfsi, maddiyata hərisliyi yox idi. Tanrı qisməti ilə razılaşan idi. İnsana məxsus müsbət keyfiyyətləri sıraladıqca, hamısını ona aid edə bilərəm. Oxucunun vaxtını çox almadan, onu demək istəyirəm ki, İlyas Abdullayevin müsbət keyfiyyətlərinin daşıyıcıları indi onun oğullarıdır. Üçünü də tanıyıram və fəxr edirəm ki, dostum cəmiyyət üçün dəyərli övladlar tərbiyə edib.
Allah məkanını behişt etsin.
Bəzən Allah istədiyi bəndəsinə digərlərinə verdiyi istedaddan, bilikdən, həyat tərzindən fərqli pay verir. Bu istiqamətdə İlyas müəllimin məktəb illərində sinif yoldaşı olmuş, hal-hazırda İsmayıllı Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsində çalışan Vidadi Məmmədov deyir:
– İlyas müəllimi ehtiramla xatırlayıram. Onun məktəb illəri və sonrakı həyat fəaliyyəti gözümün önündə olub. Dəqiq elmləri yüksək səviyyədə sevməkdə digərlərindən fərqlənən idi. Əvvəllər nədənsə, təkliyi çox sevirdi. Sonralar isə təşkilatçılığı ilə fərqləndi. Sinif yoldaşları, eləcə də İlyas müəllimlə bərabər hər il vəziyyətdən asılı olmayaraq yığışıb “Son zəng”i qeyd edirdik. Ötən ildə qeyd etdik… Təəssüf ki, onsuz. ..
Reklamı, özünü fərqli təriflənməsini sevməyən bir insan haqqında bu sətirləri yazarkən İlyas müəllimin övladlarıyla telefon əlaqəsi saxladım. Düzü, ortancıl oğlu Qiyas müəllim razılıq verdi. Gəncliyini yaşasa da uşaq kövrəkliyi ilə müəyyən aspektləri, ömür səhifələrini onunla birgə varaqladıq. Qiyas müəllim qeyd etdi ki, “Atamızın uzun müddət yüksək vəzifələr tutmasına baxmayaraq, ictimaiyyət arasındakı nifuzu indi də bizə baş ucalığı gətirir. Onu daima yüksək insani keyfiyyətlərə sahib olması vurğulanır. Taleyimizdən razıyıq. Üç qardaşıq. Atamız hamımıza ali təhsil almaqda dayaq olub. Ən mehriban dostumuz da məhz atamız olub. Neyləmək olar? Taleyimizlə barışıb yaşayırıq”.
Bu yazını yazmaq fikrində olduğumu bilən müəllim Hacıməmməd Məmmədov söhbət əsasında dedi:
-İlyas müəllimin istək və əməllərinin kökündə ictimaiyyət, xalqı barədə uca niyyətlər dururdu. O, işləri ilə arzularını gerçəkləşdirmək istəyində olan zəkalı, geniş fantaziyalı bir ziyalı idi. Xoş xatirələri ilə qəlbimizdə yaşayan İlyas müəllim həqiqətin ucalığı, xeyirxahlığın yüksəkliyi ilə tanınan insan idi. Heç kəsi incitmədən, heç kəsə minnət qoymadan çalışmaq onu hamının sevimlisi etmişdi. Bacardıqlarını, bizə, eləyə bilmədiklərinin yükünü isə dostlarının – tanıyanların, Haqq yolunda olanların ümidinə buraxıb getdi.
– İlyas müəllimin özünəməxsus, saf əqidəsindən, büllur kimi şəffaf olan həyat tərzindən doğan sadəliyini qeyd etməmək olmaz. İşdə, həyatda, məişətdə, xarici və daxili görünüşündə, ailə həyatı, onu idarə etməkdə olan sadəliyi bir nümunə idi. Səmimi qəbul, mehriban rəftarı onun adamlarla ünsiyyətinin xarakterik cəhətləri idi. Kabinetinin qapısı hamı üçün açıq idi. Bu qəlbi nurlu insanın yoxluğuna inana bilmirəm. İnana bilmirəm ki, İlyas müəllim bu gün bizimlə deyil. Qəbrini ziyarət etsəm də, mənə elə gəlir ki, o, hələ sağdır. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun.
Məmmədxanın Muradəliyevin dediklərindən:
– Rəhmətlik çox qohumcanlı insan idi. İnana bilmirəm ki, İlyas müəllim bir daha bizə gəlməyəcək, bizi yoxlamayacaq. Onu unuda bilmirik. Sonuncu dəfə iki il əvvəl, Novruz bayramı ərəfəsində gəlmişdi. Deyib-güldük. Rəhmətliyin yumor hissi güclü idi. Söhbət zamanı zarafatları, duzlu-məzəli danışığı ilə könlümüzü açırdı. Qəlbən saf və təmiz olmaqla, sadəliyi sevirdi. Sadəliyi ən böyük gözəllik sayırdı.
İki il əvvəl, ömür-gün yoldaşımın yas məclisində dedikləri hələ də qulağımda səslənir: Bu gündən bizim üçün də var!.. Sanki həyatla vidalaşacağı günün yaxınlaşdığını hiss etmişdi.
Ötən il ərzində bayramlarda məzarını ziyarət etdik. İlyas müəllimin onu tanıyanların xatirəsində uzun müddət unudulmaz olacağına əminəm.
İ.Abdullayevlə uzun müddət yoldaşlıq, dostluq edən “Azərpoçt” MMC-nin İsmayıllı Poçtampının rəisi Söhbət Pənahovun xatirələrindən:
-Rəhmətlik Xalid Qəniyevin dəfn günü idi. Dostlarla birgə dəfndə iştirak edirdik. Mən, rəhmətlik İlyas müəllim və Məhərrəm Əhmədov bir yerdə dayanmışdıq. Məclisdəkilərdən kimsə asta səslə “İndi növbə kimindir, görəsən?” kəlmələrini işlətdi. Bu fikrin səs dalğaları bizə də çatdı və İlyas müəllim qırıq səslə “Allah kimi məsləhət bilsə, onun” deyə cavab verdi. Bu Allah qisməti də məhz onun üçün yazıldı. Bu İlahinin əmridir və o əmrdən çıxmaq olmaz.
Sonra Söhbət müəllim İlyas müəllimin bütün xarakterini açdı, onun yumora, intellektual problemlərin həllinə və dünyagörüşünə fərqli yanaşmasını kövrək notlarla qeyd etdi. Və qardaş qədər əziz bildiyi İlyas müəllimə Haqdan rəhmət dilədi.
Belə düşünürəm ki, ailədəki və cəmiyyətdəki nifuz, hörmət insan dünyasını dəyişdikdən sonra onu uzun illər müşayət edir. Allah dərgahında sevimli sayılan insanların köçü onu sevənləri hər an göynədir. İnsan göz yaşlarına hakim ola bilmir.
Bəli, bu insanların sayı nə qədər çox olsa, ailənin çəkdiyi iztirab və sarsıntılar daha ürək ağrıdan olur. Geri dönməyəcəyini bilsən də hər an gözlər giriş qapısına zillənir. Bəlkə elə qayıdır…
İlyas müəllimin yadigar qoyub getdiyi evin qapısına ən çox zillənən onun övladlarının, ömür gün yoldaşının, qardaşlarının və bacısının nəmli gözləri, nisgilli baxışlarıdır.
Sonda şair Vaqif Bəhmənlinin təbrincə, bu yazını sona çatdırmaq və daima yeri görünən İlyas müəllimə haqq dünyasında nurlu qəbir arzulayıram!
Ya qardaş, ya oğul, ya ahıl ata
Ya bir dost bildiyin xəyal eşqinə,
Şipşirin ömrünün gəmisi batan
Getdiyin islanmış o yol eşqinə,
Üzünü silməyə haqqı çatmayan
Qırağı naxışlı dəsmal eşqinə,
Ağlama, ağlayan qadın!
Baxma heç nəyə, heç kimə.
Bir sevin, gül görüm,
Qadınlar ağlayanda
Allah pis yuxu görür…
Ağlama Allah eşqinə!
Eldar Əliyev

Şərh Yaz