İsmayıllı təhsildə uğurlarına görə seçilir

İsmayıllı təhsildə uğurlarına görə seçilir
İsmayıllı rayonunda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri ilə yanaşı İsmayıllı, Qəbələ, Göyçay və Ağsu rayonlarının təhsil işçiləri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd təhsilin inkişafı üzrə Dövlət strategiyasının icrası ilə bağlı planın hazırlanması olub.

İsmayıllı təhsildə uğurlarına görə seçilir

İsmayıllı rayonunda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri ilə yanaşı İsmayıllı, Qəbələ, Göyçay və Ağsu rayonlarının təhsil işçiləri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd təhsilin inkişafı üzrə Dövlət strategiyasının icrası ilə bağlı planın hazırlanması olub.

İsmayıllı təhsildə uğurlarına görə seçilir
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təşkil edilən ilk belə tədbirdir. Onun sözlərinə görə, belə dəyirmi masalar ölkənin bütün regionlarını əhatə edəcək:
– Bu gün əlamətdar gündür. Çünki düz iki ay əvvəl, oktyabrın 24-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq olunub. Biz çalışmalıyıq ki, bu müzakirələr canlı keçsin və hamımız üçün səmərəli olsun”.
Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Fərzəli Qədirov qeyd edib ki, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş sənəd son 20 ildə təhsilin inkişafı üçün qəbul olunmuş ən mühüm sənəddir. O bildirib ki, dəyirmi masalarda müzakirə edilən məsələlər və irəli sürülən təkliflər Təhsil Nazirliyi üçün əhəmiyyət daşıyır. Çünki, həmin təkliflər təhsildə növbəti addımların atılmasında, sonrakı fəaliyyət dövründə nəzərə alınacaq.
F.Qədirov qeyd edib ki, Azərbaycanda müəllim fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması vacib məsələdir:
– Müəllim fəaliyyətinin qiymətləndirilməsi bu vaxta kimi pərakəndə şəkildə ayrı-ayrı məktəblərdə aparılıb. Amma ümumilikdə bu məsələyə münasibətdə sistemli yanaşma olmayıb. Biz bu məsələ barədə düşünməli, konkret və dəqiq addımları müəyyənləşdirməliyik.
Şöbə müdiri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda idarəetmə məsələrinə də müəyyən yer ayrıldığını deyib. Bunlara məktəb rəhbərlərinin seçimi, peşəkarlığın artırılması, onlara bu gün verilən tələblər, yerlərinin dəyişdirilməsi peşəkar bacarıqlara malik olması və s. məsələlər daxildir.
İsmayıllı təhsildə uğurlarına görə seçilir
Nazirliyin Məktəbəqədər və Ümumi Təhsil şöbəsinin müdiri Aydın Əhmədov İsmayıllı rayonu ilk belə tədbir üçün təsadüfi olaraq seçilmədiyini deyib:
– Bu rayonda təhsildə yüksək nəticələr əldə olunub. Burada yaxşı məktəb, müəllimlər və şagirdlər var. İsmayıllı rayonunun qəbul və buraxılış imtahanlarında göstərdiyi nəticələr qənaətbəxşdir.
Mövzu ətrafında müzakirələrdə rayonun bir sıra nüfuzlu tam orta məktəblərinin direktorları, Əməkdar müəllimlər, “Ən yaxşı müəllim” müsabiqəsi qalibləri fəal iştirak ediblər. Müəllimlərin təklifləri dinlənilib. Daha çox təkliflər bağça təhsilinə diqqət göstərilməsi, müəllim əməyinə qiymət verilməsi, müəllim-şagird-valideyn münasibətlərinin nizamlanması ilə bağlı olub.
Aydın Əhmədov müsahibə zamanı 4 il əyani təhsil alan gələcəyin müəllimlərinin sonuncu ilinin praktika şəklində təşkil edilməsi məsələsinə də toxunub.
RİH başçısının müavini Sevil Əhmədova maraqlı müzakirələrin aparıldığını deyib.
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov dəyirmi masanın İsmayıllıda təşkil edilməsindən məmnunluğunu bildirib.
Jurnalistlər İsmayıllının bir neçə məktəbində olub, açıq dərslərdə iştirak ediblər. Eyni zamanda dərsin gedişi ilə maraqlanıblar.
Qeyd edək ki, 100-dək təhsil işçisinin iştirak etdiyi tədbirdə Dövlət Strategiyasında nəzərdə tutulan məsələlər, müəllimlərin inkişafı, müəllimlərin məktəblərdən ayrılmadan peşəkarlığının artırılması, müəllimlərin sertifikatlaşdırılması, onların fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması, məktəb direktorlarına qarşı tələblər, onların rotasiyası və digər məsələlər müzakirə olunub.
Çinarə Bəhərçinli

Şərh Yaz