Bayramda ucuz qiymətlər

Bayramda ucuz qiymətlər
Yeni ilin gəlməsinə bir neçə gün qalmış, bir qayda olaraq əksər bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətlərində müəyyən qədər artım müşahidə olunur. Belə bir vaxtda əhalinin bayram alış-verişini büdcələrinə uyğun nizamlaya bilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən rayon mərkəzində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası təşkil olunub. Bayramda ucuz qiymətlər

Yeni ilin gəlməsinə bir neçə gün qalmış, bir qayda olaraq əksər bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətlərində müəyyən qədər artım müşahidə olunur. Belə bir vaxtda əhalinin bayram alış-verişini büdcələrinə uyğun nizamlaya bilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən rayon mərkəzində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası təşkil olunub.
Bayramda ucuz qiymətlər
Yarmarkada məhsullar əsasən kəndlərdən gətirilib. Alıcılara təqdim olunan məhsullar bazar qiymətindən 25-30 faiz aşağı olub. Məhsullardan mal ətinin qiyməti 6 manat, quş ətinin qiyməti 2 manat 50 qəpik, buğda və arpa 20 qəpik, almanın kiloqramı 1 manat, göy-göyərtinin dəstəsi 15-20 qəpik olub.
Alıcılar qiymətlərdən razı qalıblar. Yarmarkaya ümumilikdə 1 ton ət, 7 ton buğda və arpa, 5 ton meyvə-tərəvəz, 200 kiloqram bal çıxarılıb.
Yarmarka 3 gün davam edib.
Çinarə Bəhərçinli

Şərh Yaz