Yaddas kitabcasi

Həndbolçu qızlarımız finalda

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin kütləvi idman tədbirlərinin təqdim planına əsasən 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Respublika ümumtəhsil məktəb müəssisələrinin qızlardan ibarət komandaları arasında həndbol üzrə Respublika birinciliyi keçirildi. Həndbolçu qızlarımız finalda

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin kütləvi idman tədbirlərinin təqdim planına əsasən 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Respublika ümumtəhsil məktəb müəssisələrinin qızlardan ibarət komandaları arasında həndbol üzrə Respublika birinciliyi keçirildi.
1997-1998-ci il təvəllüdlü şagirdlər arasında təşkil edilən yarış Bakı şəhəri 12 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin idman zalında baş tutmuşdu.
Rayonumuzu yarışda İvanovka kənd tam orta məktəbinin komandası təmsil edirdi.
Gərgin keçən yarışın nəticəsində komandamız qalib gələrək Respublika birinciliyində ikinci yeri tutdu.
Komandamız Təhsil Nazirliyi ilə Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin kubok və diplomlarına layiq görülmüş, hər bir idmançıya gümüş medal təqdim edilmişdir.
Komandanın məşqçi müəllimi Oleq Ratçiyevi və idmançı qızlarımızı qələbə münasibəti ilə təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq.
İlham Vahabov

Şərh Yaz