Treninq

Treninq
Oktyabr ayının 3 və 4-də Respublikada ilk dəfə olaraq İsmayıllı rayonunda “Azərbaycanın təbii fəlakətlərə məruz qalan icmalarına fövqəladə hallar və məcburi yerdəyişmə zamanı psixoloji və psixososial dəstək” mövzusunda treninq keçirilib. “Azərbaycanın təbii fəlakətlərə məruz qalan icmalarına fövqəladə hallar və məcburi yerdəyişmə zamanı psixoloji və psixososial dəstək” mövzusunda treninq keçirilib
Treninq
Oktyabr ayının 3 və 4-də Respublikada ilk dəfə olaraq İsmayıllı rayonunda “Azərbaycanın təbii fəlakətlərə məruz qalan icmalarına fövqəladə hallar və məcburi yerdəyişmə zamanı psixoloji və psixososial dəstək” mövzusunda treninq keçirilib.
Treninq
Treninq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə reallaşdırılıb. Təlimin keçirilməsində məqsəd, fövqəladə hal və məcburi yerdəyişmə zamanı icmalarda dayanıqlığın yaradılması və səmərəli cavabı təmin etməkdir. Həmçinin təbii fəlakətlərdən sonra bərpanı asanlaşdırmağa istiqamətlənən Psixi sağlamlıq və Psixososial dəstək göstərməkdir.
Treninq Treninq
Təhlükəsiz və möhkəm icmaların qurulması layihəsinin koordinatoru Elşən Səlimzadə Diyallı və Təzəkənd kəndlərində icmaların yaradıldığını deyib. O bildirib ki, 2 gün davam edən treninqi keçirən təlimçilər İsveçrə, Koreya, Gürcüstandan gələn mütəxəssislərdir.
Beynəlxalq Miqrasiya Təşkilatı psixoloji dəstək şöbəsinin müdiri Guglielmo Schinina dünyanın 35-dən çox ölkəsində bu treninqləri həyata keçirdiyini deyib. O bildirib ki, Azərbaycanda olmağından məmnundur. Təlimçi, budəfəki treninqin fəlakətdən öncə keçirilməsinin əhəmiyyətindən danışıb.
Çinarə Bəhərçinli

Şərh Yaz