Sumağallı məktəbinin yeni uğurları

2012-13-cü dərs ili İsmayıllı rayonu Sumağallı kənd tam orta məktəbi üçün uğurla başa çatdı. Bu il məktəbimizi 11 nəfər məzun bitirdi. Mərkəzləşmiş qaydada keçirilmiş buraxılış imtahanlarını məzunlar müəffəqiyyətlə verdilər. Xüusən də, riyaziyyat fənnidən göstəricilər yüksək oldu. Bu fəndən 4 nəfər “5”, 6 nəfər “4”, bir nəfər isə “3”qiymət aldı . Sumağallı məktəbinin yeni uğurları

2012-13-cü dərs ili İsmayıllı rayonu Sumağallı kənd tam orta məktəbi üçün uğurla başa çatdı. Bu il məktəbimizi 11 nəfər məzun bitirdi. Mərkəzləşmiş qaydada keçirilmiş buraxılış imtahanlarını məzunlar müəffəqiyyətlə verdilər. Xüusən də, riyaziyyat fənnidən göstəricilər yüksək oldu. Bu fəndən 4 nəfər “5”, 6 nəfər “4”, bir nəfər isə “3”qiymət aldı .

11 nəfər məzundan 10 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verdi. Onlardan 9 nəfəri 1-ci ixtisas qrupunu, 1 nəfəri isə 3-cü ixtisas qrupunu seçdi.I ixtisas qrupuna sənəd verən məzunların hamısı ali məktəblərə qəbul olundular.
Araz Mirzəyev və Şamil Babayev Azərbaycan Dəniz Akademiyasına, Tamerlan Abbasov, Ülvi Yaqubov, Yelmar Süleymanov, Tərlan Kərimov və Emil Əlizadə Azərbaycan Dövlət Texniki Universitetinə, Ləyaqət Davidov Sumaqyıt Dövlət Universitetinə, Dəmir Xancanlı Anadolu Universitetinə qəbul olunmuşdur. Bir nəfər – Fərqanə Xəlilolva isə Rabitə və Nəqliyyat Kollecinə qəbul ounmuşdur. Daha bir nəfər məzunumuz Əlağa Məmmədov ümumi orta təhsil bazasından İnşaat Kollecinə qəbul olunmuşdur.
Bu uğurların qazanılmasında məktəbimizin müəllm kollektivinin böyük xidmətləri var. İsmayıllı rayon təhsil işçilərinin 5 sentyabr 2013-cü il tarixli konfransında Sumağallı kənd tam orta məktəbinin fədakar müəllimlərinin adları çəkilmiş, onların əməyi yüksək qiymətləndirilmişdir. Məktəbin müəllimi Asif Seyidov, Rza Salahov, Esmira Cahangirova, Arzu Mirzəyeva belə müəllimlərdəndir. Konfransda Azərbaycan müəllimlərinin XI qurultayına seçilən 7 nümayəndədən biri məktəbin fizika müəllimi Arzu Mirzəyeva olmuşdur.
Sumağallı məktəbinin şöhrətini daima qoruyacağıq.Biz cari ilin məzunları olaraq, məktəbimizin təhsil sahəsindəki uğurlarını davam etdirmək niyyətindəyik.
Ülkər Mirzəyeva,
Sumağallı kənd tam orta məktəbinin XI sinif şagirdi

Şərh Yaz