Əmək yarmarkası keçirilib

Əmək yarmarkası keçirilib
İsmayıllı, 30 avqust, ismayilli xeberleri, Ç.Bəhərçinli. İsmayıllı Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə 29 avqust 2013-cü il tarixində şəhər 1 saylı tam orta məktəbində növbəti “ Əmək Yarmarkası” təşkil edilib.Əmək yarmarkası keçirilib

İsmayıllı Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə 29 avqust 2013-cü il tarixində şəhər 1 saylı tam orta məktəbində növbəti “ Əmək Yarmarkası” təşkil edilib.
Əmək yarmarkası keçirilib
Əmək yarmarkasında İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Mirdaməd Sadıqov, Dövlət Məşğulluq Xidməti Aparatının sektor müdiri Kamil Həsənov, İsmayıllı rayon Məşğulluq Mərkəzinin direktoru Rüstəm Səmədov, İdarə, müəssisə və təşkilat rəhbərləri, iş adamları, işaxtaran vətəndaşlar iştirak edib.
Əmək yarmarkasında 62 idarə, müəssisə, təşkilat rəhbərləri və sahibkarlar tərəfindən 241 boş iş yeri çıxarılıb ki, bunun da 109-u qulluqçu, 104-ü fəhlə, 48-i xidmət yerləri olub.
Əmək yarmarkası keçirilib
İşaxtaranlar əsasən 25-45 yaş arasında olan rayon sakinləridir ki, bu yaş həddi də yarmarkaya çıxarılan vakant iş yerlərində çalışmaq üçün tam əlverişlidir.

Yarmarkanın təşkil olunmasında əsas məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub.
Çinarə Bəhərçinli

Şərh Yaz